3 İyul 14:24

“Letters for Peace” layihəsi çərçivəsində Bakıda Workshop təşkil ediləcək

Əziz Gənclər, Avropa İttifaqının PeaCE programı çərçivəsində həyata keçirilən “Letters for Peace” layihəsinə könüllü tərəfdaş olaraq 22 iyul – 2avqust 10:00-14:00 tarixlərində Bakıda 10 günlük Workshop təşkil edəcəyik.
Layihə gənclər arasında sülh quruculuğunun təbliği, münaqişənin idarə olunması yollarının öyrədilməsi və münaqişəli ölkə gəncləri arasında sülh təməllərinin gücləndirilməsi məqsədləri daşıyır.
Layihə sülh quruculuğu və münaqişələrin idarə olunması mövzularında interaktiv seminarlardan və “Sülh Məktubları”nın cavablandırılmasından ibarət olacaq. Layihənin ikinci mərhələsində iştirakçıların öz məktub yoldaşları ilə birgə regional Konfransda iştirak etmələri planlaşdırılır.

Workshop’lar Caspian Plaza lll korpus III mərtəbədə keçiriləcək.
Yalnız seçilən namizədlər ilə müsahibə üçün əlaqə saxlanılacaq.

*Qeydiyyat üçün son tarix 9 iyul.*

Iştirak etmək üçün aşağıdakı ərizə formasını doldurmağınız tələb olunur:

Qeydiyyat

Bəyən və paylaş

Rəylər

rəy(lər)