12 Sentyabr 20:17

“LİBRAFF Könüllüləri” layihəsinin qeydiyyatına başlandı

Əziz gənclər!

Sizi “LİBRAFF Könüllüləri” layihəsinə qoşulmağa dəvət edirik!

Mağazalarımızda komandamızın könüllü üzvü olaraq müştərilərlə iş texnikalarını öyrənəcək, gələcək karyeranız üçün addım atmış olacaqsınız.

Könüllülük müddətində siz komandamızdan aşağıdakı təlimləri alaraq özünüzü inkişaf etdirə biləcəksiniz:

Satış təlimi
Məhsulların seçilməsi təlimi
Satıcılıq təlimi
Piar təlimi
Dizayn təlimi
Diksiya (natiqlik) təlimi
SMM təlimi
Excel təlimi

Layihə müdddətində qazanacağınız digər üstünlüklər barədə ətraflı məlumatı görüş zamanı əldə edəcəksiniz.

Qeyd: Rus və ingilis dillərini bilənlərə üstünlük veriləcək.

CV-lərinizi [email protected] göndərə bilərsiniz.

Bəyən və paylaş

Rəylər

rəy(lər)