“LIBRAFF”ın yeni açılacaq Sumqayıt filialında vakansiyalar

İş yeri: LIBRAFF MMC
Şəhər: Sumqayıt
“LIBRAFF”ın yeni açılacaq Sumqayıt filialına satış üzrə məsləhətçi, satıcı-kassir və mağaza meneceri vəzifələrinə vakansiya elan olunur.
Ümumi tələblər:
Satış sahəsində azı 6 ay iş təcrübəsi;
Ali təhsil arzuolunandır;
Beynəlxalq və yerli nəşrlər, eləcə də müəlliflər barədə məlumatlı olmaq;
Satış prinsipləri və texnikaları sahəsində baza biliklərinə sahib olmaq;
Müştəriyönümlülük, yüksək müştəri xidməti bacarığı;
Yaxşı şifahi və yazılı ünsiyyət qurmaq bacarığı;
Detallara diqqət yetirmək bacarığı;
Azərbaycan dilini mükəmməl, ingilis və rus dillərini danışıq səviyyəsində bilmək üstünlükdür;
“Microsoft Office” (“Word”, “PowerPoint”, “Excel”) kompüter proqramlarından orta səviyyədə istifadə bacarığı.
Mağaza meneceri vəzifəsi üçün əlavə tələblər:
Menecer vəzifəsində azı 1 (bir) il iş təcrübəsi;
Ali təhsil;
Yüksək idarəçilik qabiliyyəti;
Yaranan problemləri vaxtında həll etmək bacarığı;
Yüksək təşkilati bacarıqlar və iş prosesində məsuliyyət;
İşgüzar davranış etikası.
Biz nə vəd edirik?
Növbəli həftəlik 40 saatlıq iş qrafiki;
Mağaza məhsullarına endirim;
Gənc və mehriban komanda.
Şirkət haqqında:
2017-ci ildə təsis olunmuş “LIBRAFF” Azərbaycan kitab ticarəti sahəsində ən böyük modern kitab mağazaları şəbəkəsidir. Şirkət Bakı şəhərində beş, Gəncə şəhərində bir mağaza ilə təmsil olunur.
Müraciət üçün e-mail: [email protected]
Qeyd: müraciət zamanı mövzu başlığında vakansiyanın və şəhərin adını qeyd etmək tövsiyə olunur.
__________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
                   Gənclərin Xəritəsi
İNSTAGRAM: @edumap.az

Related Articles