1 Avqust 12:33

Liderlik bacarıqları üzrə təlim

Təşkilatçılar:
– AYAFE Gənclər Təşkilatı
– Bilik və İnnovasiya İctimai Birliyi

– Sabunçu Gənclər Evi

Media dəstəyi:
– Edumap.az təhsil portalı

Sadəcə nəticələrin əldə edilməsilə yaxşı lider olunmur. Yaxşı liderlər zəhmət tələb edən nəticələrə qəsdən başqalarının köməyindən faydalanaraq nail olurlar. Onlar tək başına uğursuz şirkətləri şanslı təşkilata çevirə bilirlər. Onlar kampaniyanın inkişafını dəyişə bilərlər. Yaxşı liderlik ümumi nailiyyət üçün ən əsas vasitədir.

Sizdə bu incə sənətin sirlərini yiyələnmək, güclü lider olmaq və karyeranızda böyük uğurlar əldə etmək istəyirsinizsə, bu təlimi qaçırmayın!

Qeydiyyatdan keçməyə tələsin, iştirakçı sayı məhduddur.

Təlim #ŞəxsənİnkişafEt proqramı çərçivəsində həyata keçirilir.

Təlimçi – Əkbər Mikayılov

Əkbər Mikayılov ASAN Tədris və Təlim Mərkəzində çalışır. ADA Universitetində və Türkiyənin nüfuzlu universitetlərindən biri olan Abdullah Gül Universitetində Biznesin İdarəedilməsi üzrə təhsil almışdır. Bir sıra beynəlxalq mübadilə proqramlarının iştirakçısı olmuşdur. Həmçinin çoxlu sayda yerli və beynəlxalq layihələrinin təşkilində iştirak etmişdir.

Tarix: 04.08.2019, saat 11:00

Qeydiyyat linki: https://forms.gle/TbGVCbFkdtyqGqQt6

Bütün iştirakçılar sertifikatla təltif olunacaqlar. İştirak ödənişsizdir.

Qeydiyyatdan uğurla keçən şəxslərlə e-mail vasitəsilə əlaqə saxlanılacaqdır.

Bəyən və paylaş

Rəylər

rəy(lər)