25 Aprel 21:12

Linux əməliyyat sistemini necə öyrənməli

Helsinki Universitetinin tələbəsi olan Linus Torvalds, 1991-ci ildə yeni əməliyyat sisteminin ilk versiyasını təkmilləşdirməyi bacardı. Ancaq Linux adını verdiyi bu əməliyyat sisteminin 13 il sonra Microsoft-un Windows versiyalarına qarşı vacib bir alternatif ola biləcəyini yəqin ki, özü də düşünməmişdir. İndi gəlin, kompyuter istifadəçilərinin böyük maraq göstərdikləri Linux-u daha yaxından tanımağa başlayaq.

LINUX NƏDİR?

Xülasə olaraq Linux; Unix mühitində qurulmuş, demək olar ki, bütün kompyuterlər üçün uyğun olan, pulsuz bir əməliyyat sistemidir. Linus Torvalds, əməliyyat sistemini yeni təkmilləşdirdiyi vaxtlarda pulsuz payladı və mənbə kodlarının açıq olmasına böyük üstünlük vermişdir. Buna görə də Linux-un istifadəçilər tərəfindən təkrar-təkrar proqramlaşdırılması mümkün ola bilirdi. Linuxun qısa müddət ərzində bu qədər böyüməsinin əsas səbəbi də, bir çox proqramçının bu  əməliyyat sistemi üstündə işləmə fürsəti əldə etmiş olmasıdır. Amma bütün bunlar nə mənaya gəlir?

Torvalds, sıfırdan başlayaraq proqramlaşdırdığı Linux əməliyyat sisteminin adını öz adından ilhamlanaraq seçmişdir. Ancaq Linux, GNU adı ilə bilinən layihənin bir hissəsi olduğu üçün GNU/Linux olaraq xatırlanmaqdadır. Mənbə kodunun internet üzərindən pulsuz olaraq paylaşılması və dərs edilməsinə görə bir birindən fərqli şirkət və proqramçılar bu əməliyyat sisteminin inkişafına davamlı olaraq töhfə verdilər.

Daha çox fərqli-fərqli insanların fərdi səyləri ilə qidalanan Linux, qızıl dövrünə 1998 –ci ildə IBM, Oracle, Borland və Corel kimi böyüklərin bu yeni əməliyyat sisteminə verdikləri dəstəyi aydın şəkildə ortaya qoyduqda çata bildi. Linux-un yanında olmayan yeganə şirkət isə bir çoxumuzun istifadə etdiyi Windows əməliyyat sistemlərini böyüdən Microsoftdur.

 

ÜSTÜNLÜKLƏRİ VƏ ƏKSİKLƏRİ

Linux əməliyyat sisteminin ən böyük üstünlüyü, tamamilə pulsuz olması ya da çox ucuz bir məbləğ qarşılığında satın alına bilməsidir. Hər iki halda da, əməliyyat sistemi ilə birlikdə istifadə edəcəyiniz xüsusi proqramları əldə etmiş olursunuz. Çünki, Linux-un pulsuz olmasını təşkil edən fəlsəfə, Linux ilə işləyən xüsusi proqramlar üçün  də kəçərlidir.

Linux bir neçə il əvvəlin hardware xüsusiyyətlərinə malik olan kompyuterlərdə belə rahat işləyəckdi. Xüsusilədə sistem xətalarına qarşı çox güclü bir əməliyyat sistemi olan Linux-un asanlıqla çökməməsi, istifadəçiləri özünə çəkən xüsusiyyətlərin başında gəlir. Bir çox fərli proqramı eyni zamanda açsanız belə kompyuteriniz problemsiz işləməyə davam edər.

Linux, əvvəldə də  qeyd etdiyimiz kimi açıq mənbə koduna sahib bir əməliyyat sistemidirş Əgər sistemdə bir xəta və ya çatışmamazlıq tapılarsa, dünyanın hər hansı bir yerində yaşayan proqramçı çox qısa zamanda bu xətanı aradan qaldırar və lazım olan xidməti təqdim edər. Hətta bu işi etdiyi üçün ödəniş etməyə ehtiyac yoxdur.

Ancaq Linux tərəfindədə hər şey bu qədər göründüyü kimi asan olduğunu düşünməməlisiniz. Hər nə qədər istifadəçi dostu bir qrafik interfeys təqdim etsə də, qurulma mərhələsi Windows qədər asan deyil. Bundan başqa Windows-dan Linux-a keçməyi düşünən bir istifdəçi, axtardığı bütün proqramları Linux-da tapmaya bilər. Windows ilə birlikdə istifadə edib, çox bəyəndiyiniz bəzi proqramların oxşarları ilə qarşılaşa bilərsiniz; ancaq bunlara uyğunlaşmaq üçün vaxta ehtiyacınız olacağınızı unutmayın.

Linux-un qarşısında duran ən böyük çətinliklərin başında isə, heç tərəddütsüz hardware mövzusu gəlməkdədir. Hardware istehsalçılarının bu əməliyyat sisteminə hələ kifayyət qədər diqqət vermədikləri görünür. Buna görə də Linux dəstəyinə sahib olan hardware-lərin sayısı çox deyil. Ancaq bu problemin gün keçdikcə biraz daha azaldığını da deməliyik. Windows-un təqdim etdiyi hardware dəstəyini yaxın vaxtlarda Linux-da da görsəniz heç təəccüblənməyin.

Əgər siz də GNU/Linux əməliyyat sistemini öyrənmək və ya özünüzü bu sahədə inkişaf etdirmək istəyirsinizsə STEP Kompüter Akademiyasında Şəbəkə mühəndisliyi proqramına müraciət edə bilərsiniz. Təhsil prosesi praktiki tapşırıqlardan və müəllimlərlə ünsiyyətdən ibarətdir.Monoton mühazirələri eşitməyəcəksiniz. Aldığınız biliklər isə dərhal təcrübədə sınanıb bərkidiləcək. Ətraflı məlumat üçün: itstep.az saytına daxil ola bilərsiniz.

Bəyən və paylaş

Rəylər

rəy(lər)