“Linux sistem və şəbəkə administrasiyası” fənn üzrə dərs deyə biləcək mütəxəssis vakansiyası

“Linux sistem və şəbəkə administrasiyası” fənn üzrə dərs deyə biləcək mütəxəssis axtarırıq.
Haqqımızda:
STEP Beynəlxalq Kompüter akademiyası artıq 21 ildir ki, fəaliyyət göstərir. Akademiyanın dünyanın 20 ölkəsində 95 filialı var.
Akademiyamız kompüter təhsili sahəsində ixtisaslaşıb. Missiyamız tələbələrimizi yeni texnologiyalarla tanış edərək dünyanı yaxşılığa doğru dəyişməkdir.
Fəxr etdiyimiz nailiyyətlər:
– STEP akademiya Cisco təlimçiləri yetişdirmək üçün Avropanın ən yaxşı Cisco təlim mərkəzi statusunu alıb
– STEP akademiya MDB-nin ən yaxşı Maya təlim mərkəzi seçilib
– Akademiyanın tələbələri İT üzrə nüfuzlu dünya çempionatlarında mükafatlar qazanırlar
Vakansiya haqqında.
İş şəraiti:
Hazır dərs vəsaitləri təqdim olunur
Təlim prosesində və tələbələrlə ünsiyyətdə müəllimlərə dəstək verilir
İş qrafiki- b.e.-c.a., 19:00-21:50
Rəqabətli ə/h (texniki müsahibə nəticəsinə görə təyin olunur)
Təlimlər və motivasiya
Fəal kollektivdə iş
Namizədə dair gözləntilərimiz.
Məsuliyyətli və tədrisə marağı olan biri
Son 2-4 ildə Linux distributivləri ilə real iş təcrübəsi
Sertifikasiya:
Ubuntu Certified Professional
Linux Professional Institute LPIC-2 səviyyəsi
Red Hat Certified System Administrator
Novell Certified Linux Administrator.
CV-nizi [email protected] ünvanında gözləyirik.

Bir cavab yazın

Back to top button