Aşağıda mərkəzləşdirilmiş qaydada qəbulu həyata keçirilən lisey və gimnaziyaların siyahısı göstərilib. Dövlət hesabına yataqxana və gündə 3 dəfə isti yeməklə təmin olunan lisey və gimnaziyalar: • Bakı şəhəri S.C.Pişəvəri adına Respublika humanitar fənlər gimnaziyası; • Bakı şəhəri A.S.Makarenko adına Respublika humanitar fənlər təmayüllü gimnaziya; • Bakı şəhəri S.Bəhlulzadə adına xarici dillər təmayüllü Respublika gimnaziyası; • Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü lisey; • Bakı şəhəri Kimya-biologiya təmayüllü Respublika liseyi; • Şəki şəhəri Kimya-biologiya təmayüllü lisey; • Şəmkir şəhər Kimya-biologiya təmayüllü lisey; • Şirvan şəhər Kimya-biologiya təmayüllü lisey; • Quba şəhər Fizika, riyaziyyat və informatika təmayüllü lisey; • Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü lisey; • Ağdaş şəhər M.Şeyxzadə adına humanitar və təbiət fənləri təmayüllü gimnaziya; • Biləsuvar şəhər texniki fənlər təamyüllü məktəb-lisey; • Şamaxı şəhər texniki, humanitar və təbiət təmayüllü lisey; • Gəncə şəhər Xarici dillər təmayüllü gimnaziya. Digərləri: • Bakı şəhəri 16 nömrəli Lütfi Zadə adına texniki-humanitar lisey; • Bakı şəhəri 2 nömrəli texniki-humanitar lisey; • Bakı şəhəri 147 nömrəli texniki-humanitar lisey; • Bakı şəhəri 291 nömrəli “Ekologiya” liseyi; • Bakı şəhəri 16 nömrəli texniki-humanitar lisey; • Bakı şəhəri S.Rüstəm adına xarici dillər təmayüllü gimnaziya; • Ağstafa şəhər texniki-humanitar təmayüllü lisey; • Oğuz şəhər E.Abdullayev adına 2 nömrəli tam orta məktəb.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb