10 Oktyabr 01:43

“Little Voice Azerbaijan” layihəsi keçiriləcək

11-15 yaş arası uşaqlara xoş xəbərimiz var! 🤩

Əziz dostlar, “Little Voice Azerbaijan” layihəsi ABŞ-ın Azərbaycandakı Səfirliyi ilə əməkdaşlıq çərçivəsində və Amerika Mərkəzlərinin dəstəyi ilə üçüncü mövsümünü açıq elan edir! 🎉🥳

Bu ilki proqramda Kürdəmir, Xaçmaz, Salyan rayonları və Gəncə şəhərində yaşayan və 11-15 yaş aralığında olan məktəblilər iştirak edə biləcək.👫🎊

Əgər sizin:
– İctimaiyyətə duyurmaq istədiyiniz hər hansı ideya və ya layihəniz;
– Haqqında danışmaq istədiyiniz mövzunuz;
– Həmçinin nümayiş etdirmək istədiyiniz xüsusi bacarığınız varsa…

Və ən əsası, bu istəyinizi reallaşdırmaq üçün auditoriya axtarırsınızsa, o zaman “Little Voice Azerbaijan” layihəsinə qoşulun və o balaca səsinizi geniş auditoriyaya duyurun 

Müraciət etmək üçün aşağıdakı linkə daxil ola bilərsiniz:
https://forms.gle/kEAY3WunrPLp5Xvd7

Layihə çərçivəsində yekun tədbirə hazırlıq məqsədilə sizlər üçün müxtəlif mövzulu təlimlər, görüşlər və digər praktiki sessiyalar təşkil olunacaq.

Təlimlərin birinci mərhələsi müvafiq rayonlarda, ikinci mərhələsi və tədbir isə Bakı şəhərində keçiriləcək. 🎈

Qeyd edək ki, layihədə iştirak ödənişsizdir və layihə çərçivəsində iştirakçıların bütün nəqliyyat və qida xərcləri qarşılanacaq.

Bəyən və paylaş

Rəylər

rəy(lər)