16 İyul 15:48

Little YARAT / Little Master: yarımillik yekun sərgi

YARAT Müasir İncəsənət Məkanı Little YARAT və Little Master layihələrinin növbəti yarımillik fəaliyyətinin yekun sərgisini təqdim edir.

YARAT Mərkəzində Babi Bədəlov və Vaciko Çaçxianinin fərdi sərgilərindən, XX-XXI əsrlər Azərbaycan rəngkarlığı Muzeyində isə Əşrəf Muradın “Sevgi və etiraz” sərgisindən ilhamlanaraq uşaqlar müxtəlif ustadların rəhbərliyi ilə çoxsaylı əsərlər yaratmışlar.
Tədbir iştirakçıları YARAT Müasir İncəsənət Mərkəzi və XX-XXI əsrlər Azərbaycan rəngkarlığı Muzeyində Little YARAT və Little Master layihələrinin növbəti yarımillik fəaliyyətinin yekun sərgisini izləməklə yanaşı həm də maraqlı, əyləncəli proqramda iştirak edə biləcəklər.

Proqram:
19:00 – Açılış
YARAT Müasir İncəsənət Mərkəzi (2ci mərtəbə, multi funksional otaq):
*Sərgi
*Mələyin qanadları (3+)
*Pablik art (qrup işi) (3+)
20:00 – Rəqs performansı
20:15 – Sehrbazın çıxışı
XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi (2ci mərtəbə):
*Sərgi
*İncəsənət xəfiyyəsi oyunu (8+) (qalibləri hədiyyələr gözləyir)
19:30 – Jonqlyorların çıxışı

20 iyul, saat 19:00
Giriş sərbəstdir
Ətraflı məlumat üçün: 050 246 92 92, 012 505 14 14

Bəyən və paylaş

Rəylər

rəy(lər)