28 Mart 11:55

Little YARAT: “Uşaqlara qarşı aqressiv mənəvi təzyiq” / müzakirə

Əziz valideynlər, Sizi martın 30-u, saat 11:00-da Little YARAT layihəsi çərçivəsində Bakı Beynəlxalq Mental Sağlamlıq Mərkəzinin direktoru, psixiatr-psixoterapevt Dr.Rafael Psaras və uşaq və yeniyetmə psixiatrı Dr.Tanos Kanellopulos tərəfindən keçiriləcək “Uşaqlara qarşı aqressiv mənəvi təzyiq” adlı müzakirəyə dəvət edirik.

Uşaqlar məktəb illərində mənəvi basqıya məruz qalırlar və çox vaxt valideynlər bundan bixəbər olurlar. Bəs aqressiv mənəvi təzyiq nədir və onun hansı formaları mövcuddur? Valideynlər bunu necə anlamalı və bu zaman uşaqlar ilə necə davranmalıdırlar?
Mütəxəssislər ingilis dilində danışsalar da, müzakirə zamanı sinxron tərcümə vasitəsi ilə rahat ünsiyyət qurmaq mümkün olacaqdır.

Sinxron tərcümə aparatını əldə etmək üçün şəxsiyyət vəsiqənizi təqdim etməyiniz mütləqdir.

Qeydiyyat üçün: 050 246 92 92 , 012 505 14 14
Qeydiyyat bazar ertəsindən cümə gününə kimi, saat 10:00-dan 18:30-dək aparılır

Bəyən və paylaş