19 Dekabr 15:45

Little YARAT / Yekun sərgi

YARAT Müasir İncəsənət Məkanı “Little YARAT” və “Little Master” layihələrinin yarımillik fəaliyyətinin yekun sərgisini təqdim edir.

YARAT Mərkəzində beynəlxalq rəssamlar Şılpa Qupta və Pedro Qomes-Eqanyanın fərdi sərgilərindən ilhamlanaraq uşaqlar müxtəlif ustad dərslərində “Little YARAT” layihəsi çərçivəsində ustadlar Nigar Quliyeva, Nərminə Bağırova, Gülnarə Xəlilova, Vüsal Əhmədov və Aidə Şirməmmədovanın rəhbərliyi altında əsərlər yaratmışlar.

XX-XXI əsrlər Azərbaycan rəngkarlığı Muzeyində “Little Master” layihəsinin ustadları Anar Şəmsiyev, Şahnaz Ağayeva, Gülarə İsrafilova, Sabina Şıxlinskaya, Leyla Məmmədzadənin uşaqlarla “Əmək, istirahət və xəyallar: 1960-1980-ci illər Azərbaycan ustadlarının gözləri ilə” sərgisindən ilhamlanaraq müxtəlif əsərlər ərsəyə gətirmişdirlər.

Tədbir iştirakçıları sərgilənən əsərlərin mövzuları, istifadə olunmuş materiallar və texnikalar haqqında məlumat almaqla yanaşı həm də maraqlı, əyləncəli proqramda iştirak edə biləcəklər.

YARAT Müasir İncəsənət Mərkəzi:
*Yekun sərgi (2-ci mərtəbə, çoxtəyinatlı zal)
*Nağıl saatı (kitabxana, 5+)
*İnteraktiv turlar (1-ci və 2-ci mərtəbə, sərgi zalları)
XX-XXI əsrlər Azərbaycan rəngkarlığı Muzeyi:
*Yekun sərgi (2-ci mərtəbə, sərgi zalı)
* Yeni il mövzulu bloknotların hazırlanması üzrə ustad dərsi (saat 12:30/13:30,öncədən qeydiyyat mütləqdir, 8+)
*Yolka oyuncaqlarının hazırlanması üzrə ustad dərsi (saat 14:30, öncədən qeydiyyat mütləqdir, 8+)
* “İncəsənəti tap” oyunu və interaktiv tur
* Kölgə teatrı: “Yeni il nağılı”

Sizi bayram ab-havasına bizimlə birgə qərq olmağa dəvət edirik! Yeni il bayramının özəl qəhrəmanı ilə görüşü qaçırmayın!

Tədbirin vaxtı: 22 dekabr, 12:00-15:00 Tədbirin məkanı: YARAT Müasir İncəsənət Mərkəzi və XX-XXI əsrlər Azərbaycan rəngkarlığı Muzeyi
Qeydiyyat üçün: 050 246 92 92, 012 505 14 14

Bəyən və paylaş

Rəylər

rəy(lər)