"Logistika üzrə mütəxəssis" vakansiyası
İşin təsviri:
- Müştərilərlə üzləşmə aparmaq, bunun üçün lazım olan daşıma informasiyasının müştərilərə çatdırılmasını təmin etmək;
- Loqistika üzrə mütəxəssis, daxil olan və göndərilən yüklərin, sənədlərin qəbulu, emalı, daşınması, yerləşdirilməsi, saxlanması, təyin olunmuş yerlərə yola salınması və vaxtında çatdırılmasına nəzarət edir;
- Loqistika üzrə mütəxəssis həmçinin müştərilərlə xarici və daxili əlaqələrin yaradılması, yolasalma və çatdırılma tarixlərinin müəyyən edilməsi işlərini həyata keçirir;
- Eyni zamanda qəbul-təhvil sənədlərinin düzgün rəsmiləşdirilməsinə, qəbul olunan malların razılaşmaya uyğun olmasına nəzarət edir;
- Ödənişlərin vaxtında ödənilməsinə nəzarət edir;
Namizədə tələblər:
Müvafiq sahə üzrə minimum 1 il təcrübə
Azərbaycan və Rus dillərində danışıq və korporativ yazışma aparılması (ingilis dili arzuolunandır)
MS Ofis və 1C proqramlarından sərbəst istifadə vərdişi
Məsuliyyətli, məqsədəyönümlü, intizamlı və gərgin iş şəraitində komanda ilə birlikdə işləmək bacarığı
Planlaşdırma, analiz və idarəetmə bacarığı
İş qrafiki: 5/2 günlük
Əmək haqqı: Müsahibə zamanı bildirilir.
Maraqlanan namizədlərdən CV-lərini mövzu başlığına “Logistika üzrə mütəxəssis” qeyd edərək[email protected] ünvanına göndərməkləri xahiş olunur.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur