Bazar, 1 İyun, 2025

“Logistika və nəqliyyat” ixtisaslaşması üzrə müəllim vakansiyası


  • Dərc edildi: 19 Avqust, 2021 - 13:06
“Logistika və nəqliyyat” ixtisaslaşması üzrə müəllim vakansiyası

Azərbaycan Respublikasının Təhsil İnstitutu(ARTİ)“SABAH Magistratura” proqramı çərçivəsində 2021/2022-ci tədris ilinin payız semestrində Azərbaycan Texniki Universitetinin “Logistika və nəqliyyat” ixtisaslaşması üzrə müəllimləri əməkdaşlığa dəvət edir. “Logistika və nəqliyyat” ixtisaslaşması çərçivəsində aşağıdakı fənləri tədris edəcək namizədlərin müraciətləri dəyərləndiriləcək:

  1. Əməliyyatların tədqiqi (Xətti proqramlaşdırma, Simpleks üsulu, qoşmalıq (duality), zəif və güclü qoşmalıq teoremləri, həssaslıq analizi, qeyri-xətti proqramlaşdırma);
  2. Təchizat zəncirlərinin idarə olunmasına giriş (Təchizat zəncirlərinin ümumi iş prinsipləri, təchizat zəncirlərinin modulları haqqında ümumi məlumat (təchizat, istehsalat, anbarlama, çatdırılma), “Qamçı Effekti” və s. );
  3. Statistika (Təsadüfi proseslər, diskret və kəsilməz paylanma düsturları, normal paylanmanın əhəmiyyəti və tətbiqləri, əldə edilmiş dataların təsviri statistikalarının çıxarılması və s.);
  4. “Python” proqramlaşdırma dili (Proqramlaşdırmaya giriş, “Python”da d
    ata növləri, dataların manipulyasiyası, verilənlərin təsviri, statistika göstəricilərinin çap edilməsi, Numpy/Pandas/SciKit kimi kitabxanalar).
Namizədlərə qarşı tələblər:
  1. Müvafiq ixtisas üzrə elmi dərəcə və ya tam ali təhsil (magistratura);
  2. Sahə üzrə 3 ildən az olmayaraq ali təhsil müəssisəsində tədris təcrübəsi və ya müvafiq sahədə 5 il iş təcrübəsi;
  3. Azərbaycan dilində səlis ünsiyyət bacarıqları;
  4. İKT resurslarından sərbəst istifadə bacarıqları;
  5. İnnovativ tədris metodlarından istifadə, ünsiyyət və təqdimat bacarıqları.
Müsabiqədə iştirak etmək istəyən müəllimlərdən öz CV-lərini və tədris edəcəkləri fənnin sillabusunun ilkin nümunəsini(Mövzu (subject) bölməsində fənnin adını qeyd etməklə)[email protected]elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız ilkin mərhələni uğurla tamamlayan namizədlər növbəti mərhələ ilə bağlı məlumatlandırılacaq. Müraciət üçün son tarix:23 avqust 2021-ci il, saat 23:59

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 125
Lisey və gimnaziyala...
Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara hazırlaşan VI sinif şagirdlərinin nəzərinə!
27 May, 2025 - 01:01 179
Mərkəzi imtahanla qə...
XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadası – Azərbaycan Komandası
26 May, 2025 - 15:18 97
XVIII Beynəlxalq Ast...