4 May 17:10

“Logistikanın İnkişaf Yolu” adlı konfrans keçiriləcək

Bakı Mühəndislik Universitetinin 4 və 5-ci kurs,eləcə də magistratura tələbələrinin nəzərinə:
166 Yükdaşıma və Logistika şirkəti Sizi “Logistikanın İnkişaf Yolu” adlı konfransda iştirak etməyə dəvət edir.

Konfransda şirkətin Marketing direktoru, Beynəlxalq Yükdaşımalar üzrə menecer, Korporativ Satış meneceri, Logistika Departamenti meneceri tərəfindən aşağıdakı mövzular müzakirə olunacaq:

🔸 Logistikanın inkişaf yolu;
🔸 Yük daşıma qaydaları və standartları;
🔸 Müasir logistikanın qurulması və inkişaf etməsi;
🔸 Yeni trendlər, texniki yeniliklər və İT həllər.

İnteraktiv şəkildə keçiriləcək konfransda Logistika sahəsində Sizi maraqlandıran suallar şöbə menecerləri tərəfindən cavablandırılacaq.

Konfransın keçiriləcəyi məkan: Əsas bina, Akt zalı

Hər birinizi konfransda görməyə şad olacayıq.

Hörmətlə,
166 Yükdaşıma və Logistika şirkəti

Bəyən və paylaş

Rəylər

rəy(lər)