5 Mart 19:41

Loyallıq üzrə təcrübəçi

Loyallıq üzrə təcrübəçi

Vakansiya haqqında

İdarə : Marketinq

Şöbə  : Müştəri  Dəyərinin İdarəedilməsi
İş qrafiki : Standart
Müqavilə müddəti : Müvəqqəti
Son müraciət tarixi : 14.03.2019

Sizin əsas vəzifə öhdəlikləriniz

* Loyallıq proqramı üzrə mobil tətbiqi idarə etmək, ona nəzarət etmək və uyğun yeniləmələri  təklif etmək
* Loyallıq proqramının sosial media səhifələrini idarə etmək, hazırda bazarda olan trendləri müəyyən etmək və təkmilləşdirmələr üçün tövsiyələr vermək
* Loyallıq proqramının web-saytının orqanik (ödənişsiz) axtarış nəticələrinə əsasən görünməsini artırmaq
* Loyallıq proqramının istifadəsini təhlil etmək və istifadənin artırılması məqsədilə yeni kampaniyalar yaratmaq və həyata keçirmək

Sizdən tələb olunan təhsil və iş təcrübəsi

* Ali təhsil
* Marketinq və ya SMM sahələrində iş təcrübəsi üstünlükdür

Sizdən tələb olunan bacarıq və səriştəliklər

* Azərbaycan və İngilis dillərini səlis bilmək (Rus dili biliyi əlavə üstünlükdür)
* Ünsiyyət qurma və təqdimat etmə bacarığı
* Müstəqil olaraq işləmə bacarmağı
* Problemləri  həll etmə bacarığı
* Yeni texnologiya, yeniliklər və son model cihazlardan xəbərdar olmaq
* Telekommunikasiya sektoru haqqında məlumatlı olmaq

Müraciət etmək üçün

CV-nizi [email protected] e-mail ünvanına göndərməyinizi xahiş edirik
Başlıqda “Loyallıq üzrə təcrübəçi Edumap.az” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Bəyən və paylaş