25 May 22:01

“Mədəniyyət sahəsinə marağın yüksəldilməsi” layihəsi çərçivəsində TƏLİM

“Savadlı Cəmiyyət” Müasir Təhsilə Dəstək İctimai Birliyi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dəstəklənən “Mədəniyyət sahəsinə marağın yüksəldilməsi” layihəsi çərçivəsində gənclər arasında aşağıdakı mövzular üzrə təlimlər keçirəcək:
– “Könüllülük haqqında məlumat və Ümumkönüllü bəyannaməsi”,
– “Könüllülük hərəkatının əsas üstünlükləri və cəmiyyətə töhfəsi”,

– “Könüllülü olmağın yolları, şəxsi karyera inkişafında rolu”,
– “Könüllülərin seçilm prinsipləri, vəzifəsi və statusu”
– “Əhalinin mədəni maarifləndirilmənin səviyyəsinin yüksəldilməsi mexanizmləri, mədəni fəliyyətdə iştirakçılığın artırılması yolları, sosial-mədəni həyat tərzinin təbliği”

Təlimdə fəal iştirak edən gənclərə sertifikatlar təqdim ediləcək.
TƏLİMİN TƏŞKİLİ YERİ: Bakı şəhəri, Casipan Business Center, Cəfər Cabbarlı küçəsi, 40.
TƏLİMİN TƏŞKİLİ TARİXİ: 13 İYUN 2016-cı il.
TƏLİMDƏ İŞTİRAK ÖDƏNİŞSİZDİR.
Təlimdə iştirak etmək istəyənlər öz əlaqə məlumatlarını (ad, soyad, telefon nömrələri, təmsil olunduğu yer/oxuduğu təhsil müəssisəsi) [email protected] elektron ünvanına 08 iyun 2016-cı il tarixinə kimi təqdim etmələri xahiş olunur.
Seçilən namizədlərlə əlaqə saxlanılıb təlimə dəvət ediləcəklər.

Təlimdə iştirak üçün texniki suallarla bağlı aşağıdakı əlaqə telefonuna müraciət edə bilərsiniz:
(070) 757 42 70 (Whats App).

Bəyən və paylaş

Rəylər

rəy(lər)