27 Noyabr 13:27

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İranın təhsil naziri ilə görüşüb

27 noyabr tarixində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İranın təhsil naziri Əliəsgər Faninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə iki ölkə arasında təhsil və mədəniyyət sahəsində əlaqələrin inkişafından söhbət açılıb.

İranlı nazir İSESKO-nun Baş Konfransının yüksək təşkilinə və müvəffəqiyyətlə keçirildiyinə görə Azərbaycan Hökuməti tərəfindən görülən işləri xüsusi dəyərləndirmiş və təşəkkürlərini bildirmişdir.

Nazir Əbülfəs Qarayev İranlı nazirin rəhbərlik etdiyi nümayəndə heyətini Bakıda qarşılamaqdan məmnunluğunu ifadə etmişdir.

Görüş zamanı birgə həyata keçiriləcək mədəni layihələr və tədbirlər haqqında məsələlərə toxunulmuş, iki ölkənin dahi şəxsiyyətlərinin, milli mənəvi irsinin, müştərək mirasının qorunması və təbliğ olunması müzakirə edilmişdir. Həmçinin qeyd olunmuşdur ki, bu sahədə işlərin görülməsi baxımından İSESKO təşkilatının rolu əvəzsizdir. Tədbir çərçivəsində keçirilmiş sessiyalar zamanı elm, təhsil və mədəniyyətin müxtəlif sahələri üzrə məsələlərin müzakirə olunması baxımından əhəmiyyəti də xüsusi vurğulanmışdır.

Bəyən və paylaş

Rəylər

rəy(lər)