Mədəniyyət və Turizm Nazirliyində yeni kadr dəyişikliyi

Mədəniyyət və Turizm Nazirliyinin və Bakı şəhər İcra Hakimiyyətinin birgə qərarına əsasən, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi vəzifəsinə 25 dekabr tarixindən etibarən Vüqar Zeynalov təyin olunmuşdur.

Qeyd edək ki, Vüqar Zeynalov Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və Bələdiyyə idarəetməsi fakultəsinin məzunudur. Müxtəlif dövrlər ərzində O, özəl şirkətdə hüquqşünas, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Azərbaycan ədəbiyyat muzeyində baş mütəxəssis, Azərbaycan Milli Elmlər Akademiyasının “Akademiya” kitab mərkəzində direktor, Azərbaycan Dövlət İncəsənət muzeyində Muzey işində innovasiyaların tətbiqi şöbəsinin müdiri, muzeyin direktor müavini, Azərbaycan Diplomatiya Akademiyasının (ADA) Kitab Mərkəzində direktor vəzifəsində çalışmışdır. 2012-ci ildən etibarən Vüsal Zeynalov Nizami Kino Mərkəzinin direktoru vəzifəsində işləmişdir.

Məlumat üçün bildiririk ki, Mədəniyyət və Turizm İdarəsinin sabiq rəisi Əlikram Əliyev öz ərizəsinə əsasən işdən azad edilmişdir.

Bir cavab yazın

Back to top button