12 Mart 17:41

Mədəniyyət və Turizm Nazirliyinin Avropa İttifaqı ilə birgə yeni Tvinninq layihəsinə start verilir

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Avropa İttifaqı ilə birlikdə Azərbaycanda yeni Tvinninq layihəsinə başlayır. Layihənin rəsmi açılış mərasimi 15 mart saat 10.15-də Holiday Inn otelində baş tutacaqdır.

Layihənin Aİ tərəfindən maliyyələşdirilən büdcəsi 1,2 milyon avro təşkil edəcəkdir və məqsədi Azərbaycanın mədəniyyət sektorunda hüquqi baza və idarəetmə sisteminin müasirləşdirilməsinə töhfə verməkdir.

24 ay müddətində İtaliyanın Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə 2 əsas istiqamətdə işləyəcək:

1. Azərbaycanda mədəniyyət sahəsi üzrə qanunvericilik, struktur və idarəçilik amillərinin nəzərə alınması ilə, ümumi sisteminin inkişaf etdirilməsi;
2. Milli mədəni irsin (o cümlədən maddi və qeyri-maddi irs, muzeylər və kitabxanalar) idarə olunma sistemi üçün yeni effektiv modelin hazırlanması və inkişaf etdirilmiş mədəni irsin mühafizəsi, qorunması və təbliği üçün aktual tənzimləyici iş planının təqdim edilməsi.
Layihə iki tərəfli Tvinninq aləti formasındadır. Məqsəd ən yaxşı təcrübələri ötürmək, qanunvericilik sahəsində Avropa standartlarını və Azərbaycana məxsus incəlikləri nəzərə alaraq, təkmilləşdirilmə planını yaratmaq üçün Üzv Dövlətlərin dövlət orqanlarını və Azərbaycan qurumlarını bir araya gətirməkdir.
Açılış mərasimində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri Cənab Əbülfəs Qarayev, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri səfir Malena Mard və İtaliyannın Azərbaycandakı səfiri Cənab Ciampaolo Kutillo iştirak edəcəklər.

Əlavə açıqlama:
Tvinninq – Aİ qanunvericiliyi və inkişaf modelinin ən yaxşı təcrübələrini öyrənmək və tətbiq etmək üçün ölkələrə yardım məqsədilə tərtib edilmiş Avropa Komissiyasının təşəbbüsüdür. Tvinninq aləti 2003-cü ildən etibarən bəzi yeni müstəqillik qazanmış Şərqi Avropa və Aralıq dənizi ölkələrində fəaliyyətə başlamışdır.
Tvinninq layihələri əməkdaşlıq fəaliyyətlərinin artırılması məqsədilə Aİ Üzv Dövlətlərindən və Benefisiar Ölkələrdən ekspert fikirlərini bir araya cəmləyir və inkişaf üçün təkan yaradır.
Əlavə informasiya üçün:  http://ec.europa.eu/enlargement/tenders/twinning/index_en.htm

Ətraflı məlumat üçün:
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi: Ramil Abbəkirov, Rezident Tvinninq Müşavirin Həmkarı
[email protected], +994(12)4930233.
Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi: Gülnarə Bayramova, Mətbuat Katibi.
Bəyən və paylaş