6 Yanvar 12:33

Mədəniyyətlər Festivalı: Global Village 2016 Winter

AIESEC Azərbaycan təşkilatı tərəfindən həyata keçirilən Global Village sizə bir gün ərzində bütün dünyanı səyahət etmək şansı verir!

GLOBAL VILLAGE haqqında:

Global Village AIESEC Azərbaycan Beynəlxalq Gənclər Təşkilatı tərəfindən 2011-ci ildən bəri hər il keçirilən rəngarəng, enerjili mədəniyyət festivalıdır. Dünyanın 10 ölkəsindən çox nümayəndələr dostluq abu-havasını yaratmaq və dünyanın necə rəngarəng və unikal olduğunu göstərmək üçün bir yerə toplaşacaqlar!

Tədbirin qonağları müxtəlif ölkələrin musiqisi, rəqsləri, incəsənət və adət ənənələrindən zövq ala bilərlər, çünki yalnız mədəni anlaşma və tolerant münasibət vasitəsilə dünyada birlik və harmoniya əldə edə bilərik.

Global Village tədbirində sizə AIESEC Azərbaycan tərəfindən dünyanın 10 ölkəsindən Azərbaycana dəvət olunan xarici könüllülər öz mədəniyyətlərini, adət-ənənələrini təqdim edəcəklər. Onlar Bakıda müxtəlif məqsədlər üçün toplaşıblar, belə ki onlar “FireFlies” və “Talk out Loud” layihələrinin iştirakçılarıdırlar. Qeyd edək ki, “FireFlies” layihəsi Azərbaycan Respublikası Nazirlər Kabineti Yanında “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğunun dəstəyi ilə həyata keçirilir.

Vaxt: 8 yanvar 2016, 17:00
Tədbir Park Bulvar Alış-veriş Mərkəzində keçiriləcək.
Tədbirdə iştirak pulsuzdur.

Gəlin və unudulmaz, şən və macəralı abu-havanın bir hissəsi olun!

Bəyən və paylaş

Rəylər

rəy(lər)