“Mən də sənin kimiyəm”

Yarat Müasir İncəsənət Mərkəzində müxtəlif yaş qrupundan olan uşaqların iştirakı ilə “Mən də sənin kimiyəm” adı altında master klass baş tutub.  Master klass “Konstitusiya” Araşdırmalar Fondunun “MitOst” Assosiasiyasının dəstəyi ilə həyata keçirdiyi “İncəsənət sosial inkişafda vasitə kimi”  layihəsi çərçivəsində keçirilib. Layihənin məqsədi social məsələlərin həllində incəsənt vasitələrindən istifadə edilməsinin təşviqidir.14075033_10154452169278909_1365005580_o

Tədbirdə Bakı və Sumayıtdan olan məktəblilər, habelə fiziki qüsuru olan gənclər iştirak ediblər. İştirakçılar ilk növbədə arzuladıqları ideal cəmiyyətin 3 əsas elementini müzakirə ediblər, və yaşadıqları cəmiyyətdə dostluq, sülh, bərabərlik, inam vəs. Önəmli olduğunu qeyd ediblər. Eyni zamanda iştirakçılar uşaqların xoşbəxt yaşaması üçün ətraf mühitin qorunmasını vacibliyini deyiblər.

Həmçinin proqramın məqsədi bele inteqrasiya yolu ilə cəmiyyətin müxtəlif qruplarında təmsil olunan gənclər arasında əməkdaşlığa zəmin yaratmaqdır. “Bu müzakirələr göstərdi ki, əslində biz bir-birimizə çox bənzəyirik, və yaşamaq istədiyimiz cəmiyyət modeli de çox oxşardır. Həmçinin bu təşəbbüs vasitəsilə bir daha vurğulamaq istəyirik ki, fiziki qüsur cəmiyyətin fəal üzvü olmağa maneə deyil. Əksinə birlikdə daha boyük uğurlar qazanmaq mümkündür”, – deyə proqramdan bildiriblər.

14074568_10154452169258909_1030812921_o

 

Bir cavab yazın

Back to top button