15 İyun 10:35

“Mənim biliyim – mənim sərvətimdir” – Gənclər üçün təlim

Azərbaycan Gənclər İttifaqının “Mənim biliyim – mənim sərvətimdir” layihəsi çərçivəsində “Münaqişəli vəziyyətlərin həlli” /məqsəd yaranacaq münaqişəli vəziyyətlərdən effektli çıxış yolları barədə ətraflı məlumat almaq/, “Xüsusi vəziyyətlərdə düzgün qərar qəbuletmə” /məqsəd xüsusi vəziyyətlərdə düzgün qərar qəbuletmə bacarığına yiyələnmək/, “Ətraf mühitlə əlaqələrin qurulması” /məqsəd sonradan “gəncdən gəncə” fəaliyyətində yaşıdları ilə daha effektiv əlaqənin yaradılması/, “Liderlik bacarıqlarının aşılanması” /məqsəd liderlik bacarıqlarının inkişaf etdirilməsi/ və s. mövzularını əhatə edən təlimlər təşkil olunacaq. Təlim innovativ metodlar və diskussiya formatında keçiriləcək.
Təlim qruplarına fəal gənclər cəlb ediləcək.
Təlimdə iştirak etmək istəyənlər öz əlaqə məlumatlarını və telefon nömrələrini 02 iyul 2016-ci il saat 23:59-a kimi [email protected] elektron poçtuna təqdim edə bilər.

TƏLİMDƏ İŞTİRAK ÖDƏNİŞSİZDİR.
YALNIZ TƏŞKİLATÇILAR TƏRƏFİNDƏN ƏLAQƏ SAXLANILIB TƏLİMƏ DƏVƏT ALAN ŞƏXSLƏR GÖRÜŞDƏ İŞTİRAK EDƏ BİLƏCƏKLƏR.
Fəal iştirakçılar sertifikatlarla təltif olunacaq.
Təlimin keçirilmə tarixi: 04 iyul 2016-cı il.
Təlimin keçirilmə yeri: Bakı şəhəri, Casipan Business Center, Cəfər Cabbarlı küçəsi, 40, 2-ci mərtəbə.
Əlaqə telefonları:
(070) 757 42 70 (Whats App);
Əlaqə e-mail-i: [email protected]
* Təlimlər Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən dəstəklənərək həyata keçirilən “Mənim biliyim – mənim sərvətimdir” layihəsi çətçivəsində təşkil edilir.

Bəyən və paylaş