18 May 20:22

“Mənim biliyim – mənim sərvətimdir” – Gənclər üçün təlim

Azərbaycan Gənclər İttifaqının “Mənim biliyim – mənim sərvətimdir” layihəsi çərçivəsində “Münaqişəli vəziyyətlərin həlli” /məqsəd yaranacaq münaqişəli vəziyyətlərdən effektli çıxış yolları barədə ətraflı məlumat almaq/, “Xüsusi vəziyyətlərdə düzgün qərar qəbuletmə” /məqsəd xüsusi vəziyyətlərdə düzgün qərar qəbuletmə bacarığına yiyələnmək/, “Ətraf mühitlə əlaqələrin qurulması” /məqsəd sonradan “gəncdən gəncə” fəaliyyətində yaşıdları ilə daha effektiv əlaqənin yaradılması/, “Liderlik bacarıqlarının aşılanması” /məqsəd liderlik bacarıqlarının inkişaf etdirilməsi/ və s. mövzularını əhatə edən təlimlər təşkil olunacaq. Təlim innovativ metodlar və diskussiya formatında keçiriləcək.
Təlim qruplarına 16-23 yaş arasında fəal gənclər cəlb ediləcək.
Təlimdə iştirak etmək istəyənlər öz əlaqə məlumatlarını və telefon nömrələrini 02 iyun 2016-ci il saat 23:59-a kimi [email protected] elektron poçtuna təqdim edə bilər.

TƏLİMDƏ İŞTİRAK ÖDƏNİŞSİZDİR.
YALNIZ TƏŞKİLATÇILAR TƏRƏFİNDƏN ƏLAQƏ SAXLANILIB TƏLİMƏ DƏVƏT ALAN ŞƏXSLƏR GÖRÜŞDƏ İŞTİRAK EDƏ BİLƏCƏKLƏR.
Fəal iştirakçılar sertifikatlarla təltif olunacaq.
Təlimin keçirilmə tarixi: 06 iyun 2016-cı il.
Təlimin keçirilmə yeri: Bakı şəhəri, Casipan Business Center, Cəfər Cabbarlı küçəsi, 40, 2-ci mərtəbə.
Əlaqə telefonları:
(070) 757 42 70 (Whats App);
Əlaqə e-mail-i: [email protected]
* Təlimlər Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən dəstəklənərək həyata keçirilən “Mənim biliyim – mənim sərvətimdir” layihəsi çətçivəsində təşkil edilir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)