13 İyul 16:28

“Mənim biliyim – mənim sərvətimdir” layihəsi üzrə təlimlər təşkil edilir

“Mənim biliyim – mənim sərvətimdir” layihəsi Azərbaycan Gənclər İttifaqı tərəfindən bu ilin may ayından başlayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən dəstəklənərək həyata keçirilməyə başlayıb.

Bu ay ərzində formalaşmış gənclər qrupları üçün “Münaqişəli vəziyyətlərin həlli” /məqsəd yaranacaq münaqişəli vəziyyətlərdən effektli çıxış yolları barədə ətraflı məlumat almaq/, “Xüsusi vəziyyətlərdə düzgün qərar qəbuletmə” /məqsəd xüsusi vəziyyətlərdə düzgün qərar qəbuletmə bacarığına yiyələnmək/, “Ətraf mühitlə əlaqələrin qurulması” /məqsəd sonradan “gəncdən gəncə” fəaliyyətində yaşıdları ilə daha effektiv əlaqənin yaradılması/, “Liderlik bacarıqlarının aşılanması” /məqsəd  liderlik bacarıqlarının inkişaf etdirilməsi/ mövzuları üzrə silsilə təlimlər təşkil edilir. Layihənin icrası zamanı elektron kütləvi informasiya vasitələri və sosial şəbəkələr vasitəsi ilə geniş ictimaiyyətin layihə barədə məlumatlandırılması həyata keçirilib.

Layihənin məqsədi gənclər arasında qeyri-ənənəvi və müasir metodlar istifadəsi ilə bilik və bacarıqların tədris edilməsi və onların təhsil sahəsində imkanlarının artırılmasıdır. Buna nail olmaq üçün layihə çərçivəsində bir sıra vəzifələr icra edilir. O cümlədən, fəal gənclərdən ibarət qruplarının yaradılması, “həyat bilik və bacarıqları” barədə geniş məlumatların əsas bu qruplar arasında yayılması, gənclərə “həyat bilik və bacarıqları” sahəsində məlumatların qeyri-ənənəvi tədris vasitəsi ilə tətbiqi, layihə başa çatdıqdan sonra gənclərin əldə etdikləri bilikləri öz yaşıdları arasında yayması planlaşdırılır.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən dəstəklənən layihə bu ilin avqust ayının əvvəli başa çatacaq.

Bəyən və paylaş

Rəylər

rəy(lər)