11 İyun 15:27

“MƏNİM VELO-MƏQALƏM” adlı yazı müsabiqəsinə start verilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və “Hədəf” Nəşriyyatının birgə layihəsi olan “MƏNİM VELO-MƏQALƏM” adlı yazı müsabiqəsinə start verilib. Gənclərin son zamanlar mütaliəyə və idmana artan marağını nəzərə alaraq, müsabiqəyə aşağıdakı 3 istiqamət üzrə yazılar təqdim edilə bilər. 1) “Mənim Velo-Hekayəm” – İştirakçılar bu nominasiya üzrə özlərinin və yaxınlarının yaşadıqları və ya velosiped idmanına marağın artmasına xidmət edəcək hekayələrini göndərə bilərlər; 2) “Velosiped idman növünün cəmiyyətimizdə təbliği yolları” – Bu nominasiya üzrə iştirakçılar cəmiyyətimizdə həm sağlamlığımıza, həm də ekologiyamıza faydalı olan velosiped idman növünün populyarlaşması istiqamətində hansı addımların atılmasının və hansı tədbirlərin görülməsinin labüdlüyü haqqında araşdırma tipli yazılar təqdim edəcəklər; 3) “Velosiped – sağlamliğimiz və ekologiyamiz” – Bu nominasiya üzrə iştirakçılar təqdim etdikləri yazılarda ekologiyamizda olan problemlərə toxunacaq və sağlamlığımıza təhlükə yaradan bir sıra problemlərin həllində velosiped idman növünün rolunu vurğulayacaqlar : Müsabiqəyə yazıların qəbulu 30 iyul, 2016–cı il tarixinədək davam edəcək. 10 avqust tarixinədək qaliblər müəyyənləşəcək və mükafatlandırma mərasimi keçiriləcək.

Hər istiqamət üzrə 3 qalib seçiləcək və ümumilikdə 9 qalib təyin olunacaq. MÜKAFATLAR: 1) Hər nominasiya üzrə 3 qalib (ümumilikdə 9 qalib) diplom, qiymətli hədiyyələr və kitabla təltif olunacaq. 2) Qaliblər bir ay ərzində Respublika Velotrekində velosipeddən və velokurslardan pulsuz yararlanmaq imkanı əldə edəcəkdir. 3) Ən yaxşı 50 yazı kitab halına salınaraq yazı müəlliflərinə hədiyyə olunacaq.

MÜSABİQƏYƏ GÖNDƏRİLƏN YAZININ ŞƏRTLƏRİ:

1) “TİMES NEW ROMAN” formatında şrift 12 2) Həcm 2 səhifədən az və 5 səhifədən çox olmamalıdır. 3) Yazının sonunda müəllif ad, soyad, ata adı və əlaqə nömrəsini qeyd etməlidir. 4) Yazı ilə birgə fotoşəkil də göndərilməlidir. 5) Hər nominasiya üzrə 1 yazı göndərmək imkanı var.

Yazıları aşağıdakı elektron ünvana göndərə bilərsiniz: [email protected] Əlaqə nömrəsi: 012 404 78 55 Ağaəhməd Göyüşov

Bəyən və paylaş

Rəylər

rəy(lər)