16 Fevral 20:05

Mərkəzi Bank İnternatura proqramına qəbula müsabiqə elan edir!

Azərbaycan Respublikasının Mərkəzi Bankı tələbələrin iqtisadi biliklərinin artırılması və peşəkar bacarıqlarının inkişafı məqsədilə İnternatura proqramına qəbula müsabiqə elan edir.

İş təcrübəsi olmayan bakalavr pilləsinin IV kurs tələbələri, o cümlədən magistr tələbələri aşağıdakı istiqamətlər üzrə müraciət edə bilərlər.

  • Ümumi iqtisadiyyat;
  • Kompüter elmləri və informasiya texnologiyaları;
  • Maliyyə;
  • Tətbiqi riyaziyyat.

İnternatura 01 iyul-15 sentyabr 2016-cı il tarixlərini əhatə edir. Müraciət anketini doldurmaq üçün Karyera imkanları böməsinə daxil olun. Müraciət anketi 01mart 2016-cı il tarixinədək aktiv olacaqdır.

 

Daha ətraflı və həmçinin müraciət üçün bu linkdən istifadə edin.

Link burada: cbar.az/career-opportunities/internatura

Qeydiyyat

Bəyən və paylaş