22 iyul – Milli Mətbuat Günü münasibətilə Azərbaycan Velosiped İdmanı
Federasiyası mətbuat nümayəndələri arasında növbəti "Media Kuboku" yarışı
keçirəcək. Turnirdə mətbuat sahəsində çalışan bütün əməkdaşlar (jurnalist, operator,
rejissor, fotoqraf və s.), həmçinin müxtəlif qurumların Mətbuat Xidmətləri
nümayəndələri də iştirak edə bilər.
Məkan: Velopark (Şıxov)
Başlama vaxtı: 22 iyul, saat 18:00
İştirakçılar federasiya tərəfindən velosiped və baş geyimi ilə təmin ediləcək.
Qeydiyyat prosesi yarışın startından 1 saat əvvəl başlayacaq.
iştirak etmək istəyənlərdən xahiş olunur ki, qeydiyyata alınmaq üçün iş yerinin
vəsiqəsini özləri ilə götürsünlər. Qalibləri qiymətli hədiyyələr gözləyir.