28 Dekabr 11:15

Məzunların işə qəbul proqramı

Sənayemiz böyük vüsətlə hərəkət edir. İşçilərimizə də texnologiyalarımıza qoyduğumuz qədər sərmayələr yatırtmaqla, biz ən son innovasiyalarımızla ön sıralarda qalmağa davam edirik. Əslində, sizin kimi müstəsna, yeni biliklərə maraq göstərən, iddialı, elmli və savadlı məzunlara biz hər il milyonlarla dollar xərcləyirik. Şirkətimizin hansı bölməsinə qoşulmağınızdan asılı olmayaraq – bu biznes, mühəndislik və ya elm sahəsi ola bilər – siz öz biznesini və sizin karyeranızı inkişaf etdirmək öhdəliyini üzərinə götürmüş şirkətin bir hissəsi olacaqsınız.

BP şirkəti karbohidrogenlərin kəşfiyyatı, işlənilməsi və emalı sahəsində korporativ və funksiyalar bölmələrində məzunlar üçün imkanlar təklif edir.

Karyera inkişafı BP-də erkən başlayır. Praktiki təcrübə ilə formal təlimi birləşdirməklə, bu kimi proqramların əsas məqsədi sizə biznesə real və əsaslı töhfəni mümkün qədər tez həyata keçirimək imkanı yaratmaqdır.

NECƏ ƏRİZƏ VERMƏLİ?

2016-ci il üzrə Məzunların işə qəbulu proqramına aşağıda göstərilən ixtisaslar üzrə ərizə qəbulu elan olunur:
Mexanika mühəndisliyi
Emal texnologiyaları mühəndisliyi
Tikinti mühəndisliyi
Sualtı əməliyyatlar mühəndisliyi
Ərizələrin qəbulu üçün son tarix 4 yanvar 2016-ci ildir. Ərizələrin qəbulu və seçim prosesi haqqında ətraflı məlumatı saytımızın Seçim prosesi bölməsindən əldə edə bilərsiniz. Hər hansı əlavə məlumat üçün İnsan resursları şöbəsinin əməkdaşı Səbinə Vəliyeva ilə əlaqə saxlaya bilərsiniz. Əlaqə telefonu: +994 (0)12 599 3000. Elektron poçtu:grads&[email protected]

 

 

Bəyən və paylaş