3 İyul 22:57

Maaşlı təcrübə proqramı

Agro Food Investments şirkəti maaşlı təcrübə proqramını elan edir!

Agro Food Investments şirkəti kənd təsərrüfatı sahəsinə marağı olan namizədlərə təcrübə proqramında iştirak edərək ixtisası üzrə bilik və bacarıqlarını real iş şəraitində tətbiq etməyə, aqrar sahədə biliklərini artırmağa, maraqlı və məsuliyyətli layihələrdə iştirak etməyə və gələcəkdə bu istiqamətdə karyera qurmağa imkanlar yaradır.

Təcrübə keçiləcək istiqamətlər:

– Açıq sahədə (aqronomluq, pivot suvarması, kənd təsərrüfatı texnikası mütəxəssisi) – Xaçmaz
– Heyvandarlıq (zootexnik xidmət, baytarlıq, sürüidarəetmə operatoru, yem istehsalatı üzrə mütəxəssis) – Xaçmaz
– Korporativ işlər (mühasibatlıq,maliyə,təchizat,SƏTƏM) – Xaçmaz
– Bağçılıq  (aqronomluq, damlama suvarması, kənd təsərrüfatı texnikası təcrübəçiləri) – Bakı
– İnsan Resursları, Təchizat və Maliyə təcrübəçiləri – Şəmkir

Təcrübəçinin qazancları:

Nəzəri və praktiki biliklər, uğurlu təcrübəçilərə işlə təmin olunma zəmanəti və təcrübə müddətinin sonunda tövsiyə məktubu təqdim olunacaqdır.

Şərtlər: İş qrafiki həftə içi 5 gün, saat 09:00 – 18:00, nahar təmin ediləcək, proqram 3 aydan 6 aya qədər uzadıla bilər.

Namizəd:

– Hal-hazırda son kursda oxumalı və ya ali təhsil müəssisələrindən məzun olmalıdır.
– Aqrar sahəyə və ya qida sektoruna xüsusi marağı olmalı;
– Müraciət etdiyi sahə üzrə təməl biliklərə sahib olmalıdır.

Son müraciət tarixi: 10.07.2019

İştirak etmək istəyən namizədlər qeyd edilmiş regionları nəzərə alaraq öz CV-lərini [email protected]  elektron poçt ünvanına göndərməlidirlər. Seçilmiş uğurlu namizədlərlə əlaqə saxlanılacaqdır.

Bəyən və paylaş

Rəylər

rəy(lər)