10 Sentyabr 21:05

Maaşlı Tələbə Təcrübə proqramı

Tələbələrin nəzərinə!

NR Academy özünü inkişaf etdirmək və iş təcrübəsi qazanmaq istəyən tələbələr üçün Ödənişli Tələbə Təcrübə proqramı elan edir.

Proqramın məqsədi tələbə gəncləri NR Academy-nin fəaliyyətinə cəlb etməklə, onların real iş mühitində təcrübə əldə etmələrinə və şəxsi inkişaflarına şərait yaratmaqdır.

Seçim mərhələsi 2 turdan ibarət olacaq. Birinci mərhələdə seçim CV-lər əsasında aparılacaq. İkinci mərhələdə isə müsahibə yolu ilə proqrama seçilən tələbələr müəyyən ediləcək.

Proqramda iştirak üçün yeganə və xüsusi tələb:
– Müraciətçi tələbələr öyrənməyə və çalışmağa həvəsli olmalı.

Proqramın üstünlüyü:
• Dərs vaxtlarınıza uyğun yarımgünlük iş qrafiki
• Proqram müddətində müəyyən ehtiyaclarınızı qarşılayacaq ödənişin olması
• Nəzəri biliklərinizi təcrübədə istifadə imkanı
• Müstəqilliyin və səlahiyyətlərin verilməsi

Əldə edəcəkləriniz:
• Real iş mühitində təcrübə (layihə və proqramların idarə edilməsi və s.)
• Kollektiv işləmə bacarığı
• Şəxsi inkişaf
• Proqram müddətində təlimlərdə pulsuz iştirak
• Proqram müddətində kurslarda güzəştli iştirak
• Proqramı bitirdiyinizə dair sertifikat
• NR Academy-dən rəy (reference)
• NR Academy-də iş imkanı

Proqramda iştirak üçün öz CV-lərinizi şəkillə birlikdə 25 sentyabr 2019-cu il tarixinədək e-mail-in mövzu hissəsində “Təcrübə Proqramı Edumap.az” yazaraq [email protected] ünvanına göndərə bilərsiniz.

✅ Ünvan:
📍 BDU-nun yanı, Megacity Kompleksi, Z.Xəlilov küçəsi 26
📱 (055) 802 50 76
📱 (051) 802 50 76
📧 [email protected]

Bəyən və paylaş

Rəylər

rəy(lər)