28 Fevral 21:06

“Macarıstan günləri” çərçivəsində AMEA-nın Mərkəzi Elmi Kitabxanasında müxtəlif tədbirlər keçiriləcək

16-17 mart 2017-ci il tarixlərində Bakıda “Macarıstan günləri” keçiriləcək.

Tədbir Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dəstəyi, Macarıstan Respublikası Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyi, Macarıstan Respublikasının Azərbaycandakı Səfirliyi və AMEA-nın Mərkəzi Elmi Kitabxanasının birgə təşkilatçılığı ilə baş tutacaq.

“Macarıstan günləri” çərçivəsində martın 16-da saat 11:00-da Mərkəzi Elmi Kitabxanada macar yazıçısı İmre Madaçın “İnsanın faciəsi” əsərinin Azərbaycan dilində nəşrinin təqdimatı olacaq. Martın 17-si saat 11:00-da isə kitabxanada Azərbaycan Respublikasının Macarıstandakı səfiri Vilayət Quliyevin Bəkir Sıtkı Çobanzadənin xatirəsinə həsr olunan mühazirəsi dinləniləcək. Bundan əlavə, tanınmış macar türkoloqu professor Georq Hazainin şəxsi kitab kolleksiyasının təqdimatı keçiriləcək, 2000-2014-cü illərdə Macarıstanın müxtəlif ölkələrdə səfiri olmuş, Macar Xalq İncəsənəti Yaradıcılıq Mərkəzinin baş direktoru, professor Janos Hovarinin Osmanlı tarixçəsi ilə bağlı mühazirəsi dinləniləcək.

Tədbirlər barədə əlavə məlumat:

Tel: (+994 70) 736 11 44;

E-mail: [email protected]

©  www.science.gov.az

Bəyən və paylaş

Rəylər

rəy(lər)