18 Yanvar 18:20

Macarıstan universiteti ilə Bakıda görüş

Macarıstanda təhsil üçün tələbələrin ən çox müraciət etdiyi Debrecen universitetin nümayəndəsi cənab Şandor Baran 27 və 28 yanvar tarixlərində Bakıya gələrək Study in Hungary layihəsinin ofisində təqdimat keçirəcək. Həmin Universitetinin əməkdaşı “Study Hungary” layihəsi tərəfindən Bakıya dəvət edilmişdir.

Təqdimatda tələbələr bütün suallarına cavab tapa biləcəklər və aşağıdakı mövzulara aydınlıq gətiriləcək:

1) Debrecen universitetində təqaüdlə (pulsuz) təhsil imkanları

2) Debrecen universitetində ödənişli təhsil imkanları

3) Debrecen universitetinə imtahan vermək üçün qaydalar və üsullar

4) Debrecen universitetinin ixtisasları və fakultələri

5) Yaşayış xərcləri və tələbə həyatı

Hər 3 təqdimat Study in Hungary layihəsinin ( www.study-hungary.com ) ofisində baş tutacaq. Təqdimatın keçirilmə vaxtları bunlardır:

27 yanvar saat 10:00

27 yanvar saat 14:00

28 yanvar saat 10:00

Təqdimatda iştirak etmək istəyənlər əvvəlcədən bu linkdə ( http://tiny.cc/_Debrecenle_gorush ) olan anketi doldurub qeydiyyatdan keçməlidirlər. Yalnız bu qeydiyyat formasını dolduran tələbələrlə təşkilatçılar əlaqə saxlayıb təqdimata dəvət edəcəklər.

Eyni zamanda tələbələr 050 257 11 41 telefon nömrəsinə öz ad, soyad, ata adını və e-mailini sms-lə yazıb göndərməklə təqdimata gəlmək üçün qeydiyyatdan keçmək istədiklərini bildirə bilərlər. Tədbirə qeydiyyat üçün son tarix 26 yanvar saat 12:00-dır.

Debrecen universitetinin fotolarına buradan baxa bilərsiniz http://tiny.cc/Debrecenin_fotolari

Tədbir zamanı tələbələr birbaşa olaraq Debrecen universitetinin nümayəndəsinə suallar verə biləcəklər. Universitetin nümayəndləri isə bu suallara ətraflı cavablar verərək  kompüter mühəndisliyi, biznesin idarə edilməsi, memarlıq, arxitektura, tibb, fizika və kimya mühəndisliyi, elektrik mühəndisliyi və digər yüksək tələbatlı ixtisaslarda təhsil almaq imkanları barədə tələbələrə  məlumat verəcək. Bu universitet bakalavr, magistr və PhD pillələri üzrə dünya səviyyəli təhsil verir və onun diplomu Azərbaycan dövləti tərəfindən tanınır. Qeyd etmək yerinə düşər ki, Macarıstanın Debrecen universiteti azərbaycanlı tələbələrin ən çox seçdiyi və pulsuz təhsil aldıqları universitetdir.

Xatırladaq ki, Macarıstan bir çox üstünlüklərə malik ölkədir. Belə ki, Avropa məkanında ən münasib təhsil və yaşayış xərcləri, daha az sənəd tələb edən və sadələşdirilmiş qəbul şərtləri, Nobel mükafatı qazanmış alimlər və ixtiraçılar yetişdirən ingilis dilli təhsil sistemi Macarıstanı digər ölkələrdən əsaslı şəkildə fərqləndirir.

Əlavə məlumat olaraq bildirək ki, Macarıstan hökuməti 2018-ci ildən başlayaraq hər il 200 azərbaycanlı tələbənin Macarıstanda pulsuz təhsili üçün təqaüd ayırmışdı. Bu təqaüd proqramı yüzlərlə tələbəyə Macarıstanın nüfuzlu universitetlərində pulsuz təhsil almaq imkanı vermişdi. Daha öncəki illər üzrə Macarıstanın elan etdiyi təqaüd proqramı çərçivəsində yüzlərlə azərbaycanlı tələbələrin təhsil haqqısı, yataqxanada yaşaması və illik tibbi sığorta haqqı tamamilə Macarıstan höküməti tərəfindən ödənilmiş, bundan əlavə olaraq bakalavr və magistr tələbələrinə 130 avro, PhD-də  oxuyanlara isə 450 avro miqdarında aylıq təqaüd verilmişdir.

Əgər Sizin dostunuz və ya tanışınız da təqaüd qazanmaq istəyirsə, onlara da qeydiyyatdan keçmək üçün bu linki göndərə bilərsiniz http://tiny.cc/_Debrecenle_gorush

 

 

Hörmətlə,

Study in Hungary komandası

[email protected]

050 257 11 41

Bəyən və paylaş

Rəylər

rəy(lər)