14 Aprel 14:13

Macarıstanın Dunauyvaroş Universiteti Sizə arzuladığınız təhsili verə bilər (müsahibə)

Macarıstanın Dunauyvaroş Universiteti Sizə arzuladığınız

təhsili verə bilər. (müsahibə)

 

Study in Hungary” (www.studyinhungary.eu) xaricdə təhsil layihəsi Macarıstanın Dunauyvaroş Dövlət Universitetinin Akademik və ümumi işlər üzrə pro-rektoru Dr. Monika Rayçanyi-Molnardan müsahibə almışdır. Bu müsahibə Macarıstanda təhsil almaq istəyən tələbələr üçün faydalı olacaq. Həmin müsahibəni Sizə təqdim edirik.

 

Study in Hungary: Zəhmət olmasa özünüzü oxuculara təqdim edin.

 

Dr. Monika Rayçanyi-Molnar: Mən Dr. Monika Rayçanyi-Molnar bizim universitetin Akademik və Ümumi işlər üzrə pro-rektoru vəzifəsində işləyirəm. Mən Rektor köməkçisi vəzifəsində işləməzdən öncə, illər boyu bizim universitetin Beynəlxalq Əlaqələr şöbəsinin müdirəsi vəzifəsində işləmişəm və o zamandan universitetimizə daha çox xarici tələbənin gəlməsi üçün bir neçə təhsil proqramlarının yaradılması, ingilis dilində tədris proqramlarının artırılması üçün işlər aparıram. O cümlədən, beynəlxalq tələbələrimizin hər bir qayğısı, ehtiyacları daim mənim diqqət mərkəzimdə olmuşdur.

 

Study in Hungary: Universitetiniz barədə bizimlə bölüşə bilərsinizmi?

 

Dr. Monika Rayçanyi-Molnar: Bizim Universitetimiz 1953-cü ildə Macarıstanın Dunauyvaroş şəhərində təsis olunmuşdur. Tədris proqramlarımız o vaxtdan bəri davamlı şəkildə artmaqda davam etmişdir. Hal-hazırda biz 4 yüksək peşə ixtisası təhsil proqramı, 8 bakalavr tədris proqramı, 2 magistr proqramı və 12 peşəkar yüksək ixtisaslı tədris proqramları təklif edirik. Hazırda universitet tələbələrimizin 15%-ni xarici tələbələr təşkil edir. Digər beynəlxalq müəssisələrlə yanaşı bizim Erasmus proqramı çərçivəsində 59 beynəlxalq tərəfdaşımız mövcuddur.

 

Study in Hungary: Dunauyvaroş Universiteti xarici tələbələr üçün hansı proqramları təklif
edir və bu proqramlar hansı dillərdə tədris olunur?

 

Dr. Monika Rayçanyi-Molnar:  Xarici tələbələr üçün təhsil ingilis dilindədir və təklif etdiyimiz proqramlar aşağıdakılardır:

1) Biznesin İdarə edilməsi – Bakalavr

2) Kommunikasiya və Media – Bakalavr

3) Komputer Mühəndisliyi – Bakalavr

4) Texniki İdarəetmə – Bakalavr

5) Material mühəndisliyi -Bakalavr (Macarıstanda bu proqramı tədris edən 3 Universitetdən biriyik, bizim bu işdə dərin adət-ənənəmiz və təcrübəmiz mövcuddur)

6) Mexanika Mühəndisliyi – Bakalavr

7) Mühəndislik üzrə müəllim – Magistr

8) Mexanika Mühəndisliyi – Magistr

 

Biz dil bilikləri səviyyəsi aşağı (IELTS nəticəsi 5.5 baldan az) olanlara 1 illik hazırlıq proqramı təklif edirik. Tədris proqramına əsasən, ingilis dili dünyanın bir çox ölkələrindən gələn xarici tələbələr və müəllimlər, o cümlədən universitet heyəti üçün qarşılıqlı ünsiyyət vasitəsidir.

 

Study in Hungary: Bizə universitetin kampusu və xarici  tələbələr üçün yaradılan ümumi şərait barədə məlumat verə bilərsinizmi?

 

Dr. Monika Rayçanyi-Molnar: Dunauyvaroş Dövlət Universiteti keyfiyyətli təhsil proqramları və yaddaqalan tələbə həyatı təmin edən,  Avropa səviyyəsində müasir kampusa malik olan tətbiqi elmlər sahəsində ixtisaslaşmış Univesitetdir. Bizim ali təhsil müəssisəmiz əsasən mühəndislik sahəsinə yönəlmişdir.  Dunauyvaroş Macarıstanda ingilis dilində tədris olunan Mexanika Mühəndisliyi və Material Mühəndislik proqramları üzrə ən yaxşı universitetlərdən biridir. Bizim beynəlxalq tələbələrimizin sayı 170-dən çoxdur və onlar dünyanın 32-dən daha çox xarici ölkəsindən buraya gələrək müxtəlif ingilis dilli proqramlarda təhsil alırlar.

Bizim universitetdə tələbələrlə müəllimlər arasında xoş münasibət mövcuddur, tələbələr bir çox vaxt araşdırma işləri zamanı müəllimlərin köməkçisi qismində iştirak edirlər və onlar dostyana problemlərini həll edə bilirlər. Bu tədris ilində iki xarici tələbə müəllimləri tərəfindən Mühəndislik Elmləri İnstitutunun tədqiqat prosesinə və digər 2 beynəlxalq tələbə isə İT təhlükəsizliyi tədqiqat layihəsinə cəlb olunublar. Tələbə həyatından söhbət açdıqda: Biz Şelmeçbanya  mirasını Macarıstanda fəxrlə saxlayan dörd universitetdən biriyik.  Şelmeçbanya 100 illiklər boyu qədim mədənçiliyi və metallurgiya ənənəsi olan məşhur və varlı şəhər olmuşdur. Dünya müharbələrindən sonra, Macarıstannın Şelmeçbanya itirməsinə baxmayaraq, müəllim və professorlar oradan yeni və kiçik Macarıstana köçdülər və burada yeni Şelmeçbanyanın ənənəsini yaşadan məktəblər yaratdılar, bunlardan biri Dunauyvaroş olmuşdur.

 

Study in Hungary: Bəs tələbələr hansı otaqlarda qalırlar? Dunauyvaroş universitetinin yataqxana şəraiti barədə nə deyə bilərsiniz?

 

Dr. Monika Rayçanyi-Molnar: Biz təmamilə münasib qiymətlərlə hər bir xarici tələbəmizi yataqxanada otaqlarla təmin edirik. Tələbələrimiz üçün 2-3 nərəflik yataqxana otaqları var və hər bir otağa aid olan ayrıca hamam otağı mövcuddur. Yataqxananın hər bir mərtəbəsində yemək bişirmək üçün mətbəx, paltarları yumaq və qurutmaq üçün ictimai otaqlar mövcuddur.

 

Study in Hungary: Dunauyvaroş universitetində təhsil alan tələbələrin işləri yerinə yetirməsi üçün laboratoriyası varmi? Bu barədə nə deyə bilərsiniz?

 

Dr. Monika Rayçanyi-Molnar: Biz kampusumuzda mövcud olan müasir təhsil infrastrukturu ilə qürur duyuruq. Dunauyvaroş  Universitetinin təhsildə praktik məqsədlərə  xidmət göstərən böyük labaratoriyaları var və onların regionda mövcud olan mühüm sənaye şirkətləri ilə birlikdə tədqiqat aparmağa və inkişaf etməyə yönəlmişdir. “Bosch” şirkəti ilə birgə yaratdığımız laboratoriya mövcuddur. Bu laboratoriya Avropanın nadir laboratoriyalarından biridir. Digər laboratoriyamız isə NASA və ESA şirkətləri ilə əməkdaşlıq edərək kosmik gəmi materiallarının yaradılması və sınaqdan keçirilməsi prosesini həyata keçirir. Bəzi dilçilik laboratoriyalarımız təmamilə Apple Makintoş kompüterləri ilə təchiz olunmuşdur.  Bizim Macarıstanın ikinci ən böyük TV şirkətinin studiyası ilə təmamilə eynilik təşkil edən tam təchiz olunmuş TV studiyamız var və bu şərait media ixtisasının hər bir aspektini tələbələr tərəfindən təcrübə etmələri məqsədilə  yaradılmışdır.

 

 

Study in Hungary: Tələbələriniz üçün təhsil haqqları, yataqxana xərcləri və digər yaşayış xərcləri nə qədərdir ?

 

Dr. Monika Rayçanyi-Molnar: Müqayisə üçün qeyd edim ki, bizim universitetdə istər təhsil haqqları, istərsə də yataqxana qiymətləri digər Macarıstan universitetlərindən xeyli ucuzdur. Təhsil haqqı universitetimizdə bakalavr pilləsində bir il üçün 3950 avro, magistr pilləsində bir ilə görə 4400 avro təşkil edir. Həmçinin, bir illik təqdim olunan ingilis dili hazırlıq proqramının ödənişi 3950 avro təşkil edir. Biz bu ingilis dili hazırlıq proqramı (bakalavr və ya magistr pilləsində oxumaq üçün ingilis dili biliyi zəif olan) xarici tələbələrə təklif edirik. Yataqxananın ödənişi bir ay üçün kommunal xərclər ( otağın isidilməsi, isti və soyuq su, elektrik və s.)  daxil olmaqla cəmi 120 avro təşkil edir. Dunauyvaroş  Universitetində xarici tələbə üçün ortalama yaşayış xərcləri aylıq 200 avro təşkil edir, lakin bu rəqəm həmin tələbənin həyat tərzi və digər vərdişlərindən asılı olaraq dəyişə bilər.

 

Study in Hungary: Bizim tələbələr universitet seçərkən onların yerləşmə yerini nəzərə alır. Deyə bilərsinizmi, Dunauyvaroşun digər Macar şəhərlərinə nisbətən hansı üstünlükləri mövcuddur?

 

Dr. Monika Rayçanyi-Molnar: Dunauyvaroş şəhəri Dunay çayının sahilində yerləşən dincəlmək və təhsil almaq üçün sakit və yaşıllıq əraziləri bol olan orta ölçülü bir şəhərdir.

Universitet binası şəhərin daxilində yerləşir, buna görə də kampusdan xəstəxana və poliklinika binalarına, bir çox banklara, üzgüçülük hovuzu kompleksinə, mərkəzi avtobus stansiyasına, poçta, bir çox mağazalara piyada bir neçə dəqiqəlik  məsafədədir. Bizim şəhərimiz paytaxt Budapeştdən 70 kilometr aralıda, daha dəqiq desək cənubda yerləşir. Budapeştdən Dunauyvaroşa avtobus və ya qatarla asanlıqla gəlmək etmək mümkündür.

 

Study in Hungary: Siz xarici tələbələriniz üçün hansı xidmətləri (viza müraciəti, tədris boyunca sağlamlığın qayğısına qalınması, hüquqi yardımlar və s.) təmin edirsiniz?

 

Biz tələbənin müraciətini qəbul etdikdən sonra, beynəlxalq əlaqələr ofisimiz yeni tələbələri vizaya müraciət üçün lazımi məktubla təmin edir. Hər tədris ili başlamazdan öncə hər bir tələbədən tələb olunur ki, tələbə sığortası əldə etsinlər. Bununla da onlar şəhərimizdə tələbələr üçün mövcud olan tibbi xidmətlərdən istifadə edə bilirlər. Tələbələr həftə içi boyunca beynəlxalq əlaqələr ofisi və tədris şöbəsi ilə əlaqə yarada, həmçinin elektron e-mail vasitəsi ilə də suallarını ünvanlaya bilərlər.

Bizim həmçinin tələbələr üçün məsləhətçilərimiz də mövcuddur. Onlar tələbələrə kampus həyatı, həmçinin Macar mühitinə öyrəşməkdə yardımçı olurlar.

 

Study in Hungary: Məzunlarınız Sizin universiteti bitirəndən sonra harada işləyə bilərlər?

 

Dr. Monika Rayçanyi-Molnar: Dunauyvaroş ISD Dunaferr Zrt, (ölkədə mövcud olan ən böyük poladəritmə zavodu) və ya Hankook Təkər (Şin) iştehsalı şirkəti kimi böyük sənaye şirkətlərinin yerləşdiyi sənaye şəhəridir. Tələbələr belə zavodlarda iş tapa bilərlər. Budapeşt bizim məzunlarımız üçün daha böyük imkanlar təklif edir. Buna baxmayaraq, bir çox məzunlarımız məzun olduqdan sonra öz ölkələrinə geri dönürlər və ya öz ixtisaslarına uyğun olaraq digər Avropa ölkələrində iş tapırlar.

Study in Hungary: Əgər bizim tələbələr Sizin universitetə qəbul olmaq istəsələr,  daha ətraflı məlumatı necə ala bilərlər?

 

Dr. Monika Rayçanyi-Molnar: Bunun üçün bizim universitetin Azərbaycan üzrə nümayəndəsi (Çingiz bəy) ilə danışmaq üçün 050 257 11 41 telefon nömrəsinə zəng edə bilərlər, eyni zamanda [email protected] mailinə yaza bilərlər.

 

Study in Hungary: Maraqlı müsahibəyə və suallara verdiyiniz ətraflı cavablara görə təşəkkür edirik.

 

Dr. Monika Rayçanyi-Molnar: Mən də öz növbəmdə Sizə təşəkkür edirəm.

Bəyən və paylaş

Rəylər

rəy(lər)