24 Sentyabr 17:24

Macarıstanın Peç Universitetinin nümayəndələri Bakıda təqdimat keçirəcək

Macarıstanın ən qədim universiteti olan Peç universitetində (pulsuz və ödənişli əsaslarla)  təhsil təhsil almaq istəyən tələbələr üçün 05 oktyabr 2017-cı il tarixdə təqdimat keçiriləcək.

Təqdimatda Peç universiteti barədə məlumat vermək üçün həmin Universitetinin əməkdaşları “Study Hungary” layihəsi tərəfindən Bakıya dəvət edilmişdir. Tədbir zamanı tələbələr birbaşa olaraq Peç universitetlərinin nümayəndələrinə (ingilis və rus dilində) suallar verə biləcəklər. Universitetin nümayəndləri isə bu suallara ətraflı cavablar verərək  kompüter mühəndisliyi, biznesin idarə edilməsi, memarlıq, arxitektura, tibb, fizika və kimya mühəndisliyi, elektrik mühəndisliyi və digər yüksək tələbatlı ixtisaslarda təhsil almaq imkanları barədə tələbələrə  məlumat verəcək. Qeyd edək ki, bu universitet bakalavr, magistr və PhD pillələri üzrə dünya səviyyəli təhsil verir və onun diplomu Azərbaycan hökuməti tərəfindən tanınır. Qeyd etmək yerinə düşər ki, Macarıstanın Peç universiteti azərbaycanlı tələbələrin ən çox seçdiyi və pulsuz təhsil aldıqları universitetlərdən biridir.

Macarıstan universitetlərinə marağın çox olduğunu nəzərə alaraq seminar 05 oktyabr 2017-ci il tarixdə səhər saat 09:30-da və təkrarən 14:00-da keçiriləcək. Təqdimata giriş sərbəstdir və ödənişsizdir.

Təqdimatda iştirak etmək istəyənlər əvvəlcədən bu linkdə ( http://tiny.cc/_5_oktyabr_Qeydiyyat )  olan anketini doldurub qeydiyyatdan keçməlidirlər. Yalnız bu qeydiyyat formasını dolduran tələbələrlə təşkilatçılar tərəfindən əlaqə saxlanılacaq və təqdimata dəvət olunacaqlar.

Eyni zamanda tələbələr 050 257 11 41 telefon nömrəsinə öz ad, soyad, ata adını və e-maillərini göndərməklə qeydiyyatdan keçmək istədiklərini bildirə bilərlər.

Tədbirə qeydiyyat üçün son tarix 03 oktyabr saat 15:00-dır. Bu təqdimat Macarıstan universitetlərinin Azərbaycandakı rəsmi nümayəndəliyi olan Study in Hungary-nin ofisində keçiriləcək.

Xatırladaq ki, Macarıstan bir çox üstünlüklərə malik ölkədir. Belə ki, Avropa məkanında ən münasib təhsil və yaşayış xərcləri, daha az sənəd tələb edən və sadələşdirilmiş qəbul şərtləri, Nobel mükafatı qazanmış alimlər və ixtiraçılar yetişdirən ingilis dilli təhsil sistemi Macarıstanı digər ölkələrdən əsaslı şəkildə fərqləndirir.

Əlavə məlumat olaraq bildirək ki, Macarıstan hökuməti 2015-ci ildən başlayaraq hər il 200 azərbaycanlı tələbənin Macarıstanda pulsuz təhsili üçün təqaüd ayırmışdı. Bu təqaüd proqramı yüzlərlə azərbaycanlı tələbələrə Macarıstanın nüfuzlu universitetlərində pulsuz təhsil almaq imkanı vermişdi. Daha öncəki illər üzrə Macarıstanın elan etdiyi təqaüd proqramı çərçivəsində yüzlərlə azərbaycanlı tələbələrin təhsil haqqısı, yataqxanada yaşaması və illik tibbi sığorta haqqı tamamilə Macarıstan höküməti tərəfindən ödənilmiş, bundan əlavə olaraq bakalavr və magistr tələbələrinə 130 avro, PhD-də  oxuyanlara isə 480 avro miqdarında aylıq təqaüd verilmişdir.

 

Bəyən və paylaş

Rəylər

rəy(lər)