“Maddi vəsaitlər üzrə mütəxəssis” vakansiyası

“AVT Logistics” MMC şirkətin də “Maddi vəsaitlər üzrə mütəxəssis” vakansiyası mövcuddur.

Vəzifə: Maddi vəsaitlər üzrə mütəxəssis.
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Müvafiq sahə üzrə min 1 il
Təhsil: Ali təhsil
Yaş həddi: 22-40

İşin Təsviri: Maddi vəsaitlərin uçotu, yerdəyişməsi, təhvil verilməsi və alınması, inventarizasiyası, silinməsi və digər əlaqədar əməliyyatların dəqiq, vaxtında və müəyyən edilmiş qaydalara əsasən yerinə yetirilməsi.

Vəzifə öhdəlikləri:
Yeni alınmış vəsaitləri təhvil almaq və ilkin uçotu apararaq balansa almaq
Vəsaitlərin eyniləşdirmə nömrəsi ilə təchiz olunmasını təmin etmək
Əsas vəsaitlərin mütəmadi və növbədənkənar inventarizasiyasında iştirak etmək
Vəsaitlərin yerdəyişməsi, təhvil verilməsi və alınması, silinməsi və digər əlaqədar əməliyyatları uçota almaq və sənədləşdirmək.

Tələblər:
Dəqiq və məsuliyyətli olmaq
Yüksək analitik təhlil qabiliyyəti
MS Office proqramları biliyi
İngilis və rus dillərini bilmək arzuolunandır
Anbar, IT, sayım sahəsində təcrübəsi olması arzuolunandır.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:
Nahar ilə təmin edilmə
İş yerinə nəqliyyat vasitəsilə çatdırılma
Endirimli tibb xidməti
İş qrafiki: 5 günlük.

[email protected] ünvanına CV göndərməyiniz xahiş olunur.

Bir cavab yazın

Back to top button