16 Aprel 12:08

MADE IN AZERBAIJAN” BİZNES İDEYA MÜSABİQƏSİ 2019 – BAŞLADI!

MADE IN AZERBAIJAN” BİZNES İDEYA MÜSABİQƏSİ 2019 – BAŞLADI!

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, “Kapital Bank” ASC və UNEC-in birgə təşkilatçılığı ilə tələbələr arasında növbəti “Made in Azerbaijan” biznes ideya müsabiqəsinə start verilir.

Qaliblər müsabiqənin sponsoru olan “Kapital Bank” ASC tərəfindən pul mükafatı qazanacaqdır. Belə ki, müsabiqədə 1-ci yer 2000 AZN, 2-ci yer 1500 AZN, 3-cü yer 1000 AZN mükafata sahib olacaq.
Finala çıxmış komandalara Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 3 günlük mentorluq və müxtəlif təlimlər keçiriləcəkdir.

“Made in Azerbaijan” biznes ideya müsabiqəsinin qrafik aşağıdakı kimidir:
– 16 aprel – 5 may – Biznes ideyaların qəbul edilməsi
– 6 may – 12 may – Təqdim edilən biznes ideyaların Ekspert Şurasıtərəfindən dəyərləndirilməsi və 5 finalçının müəyyənləşdirilməsi
– 14 may – 16 may – Finalçılara mentorluq və təlimlərin keçirilməsi
– 20-23 may tarixləri arasında – Final mərhələsi və Mükafatlandırılma
Finala çıxmış biznes ideyaların təqdimatı və Münsiflər heyəti tərəfindən 3 qalibin müəyyən edilərək mükafatlandırılması.

Biznes ideyalar təqdim edilməsi barədə tələblər:
– İdeyaların Sərəncama və müsabiqənin missiyasına uyğunluğu
– Modern, orijinal, kreativ və aktual yanaşma
– Layihənin daxili bazarda tətbiqinin reallığı
– Layihənin formatı (esse, təqdimat, video-çarx və digər)
– Sadələşdirilmiş və biznes ideya səviyyəsində maliyyə planı

İdeyalarınızı 5 may 2019-cı il tarixinə qədər [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

Müsabiqənin təşkilində əsas məqsəd Azərbaycan Respublikasının Prezindenti İlham Əliyevin 18 yanvar 2016-cı ildə “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında”imzaladığı Sərəncamın tətbiqinə ali təhsil müəssisələri səviyyəsində dəstək vermək, tələbələr arasında sahibkarlıq fəaliyyətinə marağı təbliğ etməkdir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)