17 Mart 17:45

Mağaza Müdiri (Bonus Market) vakansiyası

Vəzifə : Mağaza Müdiri (Bonus Market)

Vəzifə öhdəlikləri:

• Cari tapşırıqları həll etmək, personalın öz vəzifə təlimatlarının və digər daxili normativ sənədlərin tələblərini dəqiq yerinə yetirmələrini təşkil etmək və nəzarət etmək

• Alıcılara keyfiyyətli xidmətin təşkil olunmasına nəzarət etmək
• Mağazanın fəaliyyətinə aid hesabatların təqdim edilməsi
• Sifarişlərin düzgün idarə edilməsini nəzarətdə saxlamaq
• Personala rəhbərlikdən alınan əmr və göstərişləri çatdırmaq və icrasına nəzarət etmək
• Personalın daxili nizam-intizam qaydalarına əməl etmələrinə nəzarət etmək
• Mağazanın fəaliyyətini itki və xərclərin azaldılması hesabına optimallaşdırmaq
• Mağazanın və personalın səliqə və təmizliyinə nəzarət etmək
• Mağazanın ümumi idarə edilməsi

Tələblər

– İş təcrübəsi 3 il
– Yaş 25 – 40
– Ali təhsil
– Pərakəndə sektorunda ən az 5 il iş təcrübəsi olmalı
– Yüksək təşkilati bacarıqları (idarəçilik qabiliyyəti, məqsədyönlülük, yaradıcı yanaşma və s.) olmalı
– Satış texnikası və prinsiplərini bilmək
– Alıcılara keyfiyyətli xidmət standartlarını, xidmətin təşkili metodlarını bilmək
– İşgüzar davranış etikası
– Xoşgörünüşlü
– Məsuliyyət, dəqiqlik, inkişafa meyillilik
– Karyerasını satış sahəsində qurmaq istəyi
– Azərbaycan Dili (əla), Rus dili (arzuolunan)
– Kompüter biliyi: MS Windows, MS Office (Excel, Word, Outlook) 1C proqramı

Ərazi: Lökbatan qəsəbəsi, Qobu Park qaçkın və Məcburi köçkün şəhərciyi

Maraqlanan şəxslər CV-lərini mövzu yerində “Mağaza müdiri (Bonus Market) edumap.az” qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.
Müraciət üçün son tarix: 20.04.2020

Bəyən və paylaş