Magistratura səviyyəsinə qeydiyyatla bağlı alternativ mərkəzlər yaradılıb

Magistratura səviyyəsinə qeydiyyatla bağlı alternativ mərkəzlər yaradılıb



İyulun 16-dan ali təhsilin magistratura səviyyəsi üzrə təhsil müəssisələrinə elektron qeydiyyat prosesinə dəstək olmaq üçün alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək. Alternativ qeydiyyat mərkəzlərinin yaradılmasında məqsəd tələbələrə yaradılan imkanların genişləndirilməsidir.

 
advertisement
Alternativ qeydiyyat mərkəzləri aşağıdakı ünvanlarda yaradılıb:
* Bakı şəhər Nərimanov rayonu 39 nömrəli tam orta məktəb - Ünvan: A.Molla Cümə küç., 24;
* Bakı şəhər Yasamal rayonu 53 nömrəli tam orta məktəb - Ünvan: Z. Xəlilov küçəsi 35;
* Bakı şəhər Yasamal rayonu 225 nömrəli tam orta məktəb - Ünvan: Ə. Ələkbərov küçəsi 507/511;
advertisement * Bakı şəhər Səbail rayonu 7 nömrəli tam orta məktəb - Ünvan: Ü. Hacıbəyov küçəsi 28;
* Sumqayıt şəhər 36 nömrəli tam orta məktəb (yeni binası) - Ünvan: 20 Yanvar küçəsi 14/6;
* Abşeron rayonu Xırdalan şəhər 3 nömrəli məktəb-lisey - Ünvan: Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi;
* Gəncə şəhər 1 nömrəli tam orta məktəb - Ünvan: İ.Qayıbov küçəsi 2.

advertisement  

Alternativ qeydiyyat mərkəzlərinin bayram günlərində də fəaliyyəti nəzərdə tutulur.

 
advertisement
Qeyd edək ki, ali təhsilin magistratura səviyyəsi üzrə təhsil müəssisələrinə elektron qeydiyyat prosesi iyulun 22-dək davam edəcək. Müraciət üçünhttps://portal.edu.az/portalında qeydiyyatdan keçdikdən və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.

 

advertisement Qeydiyyatla bağlı suallar yaranarsa, 146 "Qaynar xətt" nömrəsinə də müraciət etmək mümkündür.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az