Magistratura səviyyəsinə qeydiyyatla bağlı alternativ mərkəzlər yaradılıb

Magistratura səviyyəsinə qeydiyyatla bağlı alternativ mərkəzlər yaradılıb

İyulun 16-dan ali təhsilin magistratura səviyyəsi üzrə təhsil müəssisələrinə elektron qeydiyyat prosesinə dəstək olmaq üçün alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək.  Alternativ qeydiyyat mərkəzlərinin yaradılmasında məqsəd tələbələrə yaradılan imkanların genişləndirilməsidir.

 

Alternativ qeydiyyat mərkəzləri aşağıdakı ünvanlarda yaradılıb:
* Bakı şəhər Nərimanov rayonu 39 nömrəli tam orta məktəb – Ünvan: A.Molla Cümə küç., 24;
* Bakı şəhər Yasamal rayonu 53 nömrəli tam orta məktəb – Ünvan: Z. Xəlilov küçəsi 35;
* Bakı şəhər Yasamal rayonu 225 nömrəli tam orta məktəb – Ünvan: Ə. Ələkbərov küçəsi 507/511;
* Bakı şəhər Səbail rayonu 7 nömrəli tam orta məktəb – Ünvan: Ü. Hacıbəyov küçəsi 28;
* Sumqayıt şəhər 36 nömrəli tam orta məktəb (yeni binası) – Ünvan: 20 Yanvar küçəsi 14/6;
* Abşeron rayonu Xırdalan şəhər 3 nömrəli məktəb-lisey – Ünvan: Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi;
* Gəncə şəhər 1 nömrəli tam orta məktəb – Ünvan: İ.Qayıbov küçəsi 2.

 

Alternativ qeydiyyat mərkəzlərinin bayram günlərində də fəaliyyəti nəzərdə tutulur.

 

Qeyd edək ki,  ali təhsilin magistratura səviyyəsi üzrə təhsil müəssisələrinə elektron qeydiyyat prosesi iyulun 22-dək davam edəcək. Müraciət üçün https://portal.edu.az/ portalında qeydiyyatdan keçdikdən və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.

 

Qeydiyyatla bağlı suallar yaranarsa, 146 “Qaynar xətt” nömrəsinə də müraciət etmək mümkündür.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir