24 Mart 16:05

Mahatma Qandinin həyatını əks etdirən rəsm sərgisi

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində 2019-cu il 27 mart saat 18:00-da Hindistan azadlıq hərəkatının lideri, sülh müdafiəçisi Mahatma Qandinin həyatını əks etdirən rəsm sərgisi və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin icazəsi ilə “Azərmarka” tərəfindən hazırlanmış Mahatma Qandi poçt markalarının təqdimatı keçirilirəcəkdir.
Tədbir Hindistanın Respublikasının Azərbaycandakı səfirliyi tərəfindən Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin dəstəyi və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının birgə təşəbbüsü ilə keçirilir.
Sərgidə Azərbaycan Rəssamlar İttifaqının üzvləri Aygün və Elnurə İsgəndərovanın rəhbərliyi ilə Mahatma Qandinin həyatını əks etdirən 50-yə yaxın rəssam tərəfindən çəkilmiş portretlər nümayiş olunacaqdır.

Sərginin açılış mərasimi 27 mart saat 18:00-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində (H. Əliyev pros. 24) keçirilir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)