7 Aprel 22:18

“Makro” foto müsabiqə

Azərbaycan Fotoqrafları Birliyi və Azərbaycan Milli Qeyri Hökumət Təşkilatlarının Forumu aprel ayı ücün “Makro” foto müsabiqə elan edir. “Makro” sözü Yunan dilindən tərcümədə “böyük” və ya “uzun” deməkdir. Fotoqrafiyada makro fotoqrafiyanın xüsusi və fərqli bir yeri vardır. Belə ki, Makro fotoqrafiya, bizim bəzən nəzərdən qaçırmış olduğumuz kiçik detalların böyük bucaqlı dünyasıdır. Çəkiliş zamanı bizi daha da həyəcanlandıran makro fotoqrafiya diqqətlə baxmadığımız və ya çəkilsə belə olduğu kimi görə bilmədiyimiz obyektlərin gizləndiyi dünyanı aşkara çıxarır. Çiçəklər, həşəratlar, ətrafımızdakı əşyalar, insanlar, bir sözlə, gördüyümüz hər bir şey makro fotoqrafiyası üçün əla fürsətdir. Və bu çəkdiyimiz makro fotolar bizi kiçik detalların böyük dünyasına aparar.
Müsabiqəyə fotolar [email protected] ünvanına qəbul olunacaq. Müsabiqəyə təqdim olunacaq fotolar JPEG formatda ,uzun tərəfi 1500 px olmalıdır. Hər kəs müsabiqəyə 5 foto təqdim edə bilər. Müsabiqəyə fotolar 30 aprel tarixinə kimi təqdim olunmalıdır, onlar münsiflər heyətinə təqdim olunmaq üçün hazırlanacaq. Hər bir müəllif fotonun adında özü haqda məlumatı (ad, soyad, fotonun adı) yerləşdirməlidir. Münsiflər lazım gəldikdə fotonun ilkin variantını tələb etmək hüququndadır. Təqdim olunan fotoların üzərində heç bir müəllif imzası və ya loqosu yerləşdirmək olmaz. Təqdim olunmuş fotolar üzərində heç bir fotoredaktə proqramlarında əlavələr olunmamaq şərti ilə (real rəng, kontrast və s. kimi alətlərdən istifadə olunması mütləqdir), elan olunmuş Aprel ayında çəkilmiş işlər qəbul olunur. Fotolarda əks olunmuş adamların razılığı fotoqrafın üzərinə düşür. Fotoların müəllif hüquqları qorunmaq şərti ilə fotoqrafiyanın yalnız təbliğı məqsədi ilə istifadə etmək müəlliflə razılaşdırılacaq. Fotolardan kommersiya məqsədi ilə istifadə olunmayacaq. Fotolar Facebookda AFB Ayliq Musabiqe qrupunda yerləşdiriləcək.
Mövzunun müəllifi və kordinatoru Günel Məmmədovadır.

Bəyən və paylaş

Rəylər

rəy(lər)