Mal-material üzrə mühasib (anbar) vakansiyası

Şirkət: MSDIS Holding
Vakansiyanın adı: Mal-material üzrə mühasib (anbar)
Vəzifə öhdəlikləri:
– Mal-materiallara dair alış sənədlərinin işlənməsini təmin etmək, mal-materialların qiymət və say
göstəricilərinin alqı-satqı müqaviləsinə, təchizatçılara sifariş sənədlərinə uyğun olub-olmamasını
yoxlamaq, uyğunsuzluq halları aşkar olunduqda, onların aradan qaldırılmasını tələb və təmin
etmək
– Mal-materialların alışı, yerdəyişməsi, geri qaytarılması, komplektləşdirilməsi və silinməsi ilə
bağlı sənədləşmə işlərinin müvafiq qanunvericilik aktlarına və mühasibat uçotu standartlarına
uyğunluğunu yoxlamaq
– Mal-material alışı ilə bağlı hesabatların düzgün və vaxtında tərtib və təqdim olunmasını təmin
etmək
– Müəssisəyə məxsus olan mal-materialların uçotunu aparmaq, mal-materialların faktiki maya
dəyərini hesablamaq
– Anbara daxil olan malların qəbulu və qeydiyyatının aparılmasını təmin etmək
– Anbar mal çıxışına nəzarət etmək və sənədləşdirmək
– Anbar sayımı və stok nəzarətini həyata keçirmək
Tələblər:
– Ali təhsilli (iqtisadiyyat/maliyyə üzrə)
– İstehsalat sahəsinsə minimum 1 il iş təcrübəsi
– Məhsulların kalkulyasiyası barədə məlumatı olmalı
– MS Office ( Excell-yüksək səviyyədə)
– Yaş həddi: 25-45
– Satış və anbar arasındakı koordinasiyasını bilməli
– Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti olmalı
Texniki Bacarıqlar:
-“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri
– Azərbaycan Respublikası Vergi Məcəlləsi, Əmək Məcəlləsi
İş şəraiti:
– İş qrafiki: 09:00-18:00
– Əmək haqqı: müsahibə əsasında təyin olunur
– Nahar verilir
– İş yeri: Abşeron ray., Hökməli qəsəbəsi
Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində ” Mal-material üzrə mühasib (anbar)
” qeyd edərək [email protected] e-ünvanına göndərə bilərlər

Bir cavab yazın

Back to top button