28 Noyabr 18:20

“Maliyyə Savadlılığı” layihəsi çərçivəsində “YIĞIM” adlı oyun keçiriləcək

Azərbaycan Respublikasının Mərkəzi Bankı və Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu Sizləri “Maliyyə Savadlılığı” layihəsi çərçivəsində 7-8 və 9-10 dekabr, 2015-ci il tarixlərində keçiriləcək YIĞIM adlı oyuna dəvət edir.

Oyunda iştirak üçün 04.12.2015-ci il, saat 18:00-dək 493 89 46 (daxili 101) telefon nömrəsinə və ya [email protected] ünvanına iştirakınız haqqında məlumat verməyiniz xahiş olunur.

Oyunun qaydaları: Üç raunddan ibarət bu oyun zamanı Sizləri bütün səylərinizi səfərbər edəcək faydalı tədbirdə iştirak gözləyir. Ağayevlər ailəsinin büdcəsini idarə etməklə, Siz oxşar daha 4 ailəni maliyyə savadlılığı və yığımlar sahəsində üstələməyə çalışacaqsınız ki, bununla da daha yüksək maddi rifaha nail olacaqsınız. Siz bu ailəyə həyatın mühüm mərhələləri boyunca gündəlik qərarların verilməsində köməklik edəcəksiniz. Hər ailə üzvünün fərdi maraqları olsa da, ümumilikdə ailənin maddi rifahının artırılması üçün ən yaxşı qərarların verilməsi qrup olaraq Sizdən asılıdır.

Edumap.az-a verilən məlumata görə, bu oyun real ailə situasiyalarını ifadə edən masaüstü bir oyundur. Siz, ailə olaraq, artıq pul vəsaitlərinin yerləşdirilməsi, gözlənilməz hadisələr zamanı rasional davranışların nümayiş etdirilməsi, büdcənizə təsir edə biləcək qərarlar qəbul etməklə gəlir və xərclərin tarazlı idarə olunmasına çalışmalısınız. Hər raunddan sonra verdiyiniz qərarların və digər ailələrlə müqayisədə mövqeyinizin təhlili üçün zəruri məlumatları əldə edəcəksiniz.

 

Oyunun məqsədləri aşağıdakılardır:

  • Ailə büdcəsinin qurulması;
  • Ailənin xərc və gəlirlərinə nəzarət;
  • İstehlak kreditlərin üstünlük və çatışmazlıqlarının təhlili;
  • Müxtəlif bank məhsulları haqqında məlumata sahib olmaq;
  • Maliyyə institutları haqqında informasiya əldə etmək.

Qeyd: Oyunlar Bakı ş., Nizami 22, VIP Business center, 5-ci mərtəbə, GIZ ünvanında 7-8.12.2015 (I oyun) və 9-10.12.2015 (II oyun) tarixlərində keçirləcək. Hər bir oyunun keçirilməsinə 3 saat yarım vaxt (14:00 – 17:30) sərf olunacaq.

Oyunda iştirak pulsuzdur!

Bəyən və paylaş