“Maliyyə Analitiki” vəzifəsi üzrə vakansiya

“AVRORA” MMC“Maliyyə Analitiki” vəzifəsi üzrə vakansiya elan edir!

Əsas vəzifə öhdəlikləri:

-İnvestisiya layihələrinin təhlili üçün lazımi məlumatların toplanılmasının təmin edilməsi;
-İnvestisiya layihələrinin modelləşdirilməsi və müəyyən edilmiş təhlillərin aparılması;
-İnvestisiya layihələrinin nəticələri üzrə təqdimatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
-3-cü tərəflərə lazımi hesabatların vaxtı-vaxtında təqdim edilməsi;
-Rəhbərlik tərəfindən müəyyən edilən digər hesabatların hazırlanması, təhlil edilməsi və təqdimatın hazırlanması.


Tələb olunan bilik və bacarıqlar :

-Beynəlxalq maliyyə hesabatı standartlarının hazırlanması üzrə biliklər;
-CFA Level 1 və ya 2 sertifikatları (üstünlük hesab olunur);
-Potensial investisiya imkanları üzrə maliyyə-iqtisadi vəziyyətin təhlilinin aparılması bacarığı;
-Maliyyə modelləşdirilməsi üzrə biliklər;
-Analitik və strateji düşüncə;
-Problemləri həll etmə bacarığı.


Tələb olunan təhsil, iş təcrübəsi və texniki biliklər:

-Təhsil : Ali ( İqtisadiyyat, Maliyyə və ya Biznesin idarə olunması ixtisasları üzrə);
-İş təcrübəsi : Minimum 3 il (Bank sahəsində təcrübə üstünlük hesab olunur);
-Dil bilikləri : Azərbaycan (səlis) və İngilis dilləri (səlis), Rus dili biliyi üstünlük hesab olunur.


İş şərtlərimiz:

-İş qrafiki : Tam iş günü (5 gün);
-İş saatları: 09:00-dən 18:00-dək;
-İş yeri : STN Biznes Mərkəzi.


Biz nə təklif edirik :

-Əmək bazarında rəqabətli əməkhaqqı;
-İşçilərə qayğı proqramı;
-Peşəkar komanda mühiti;
-Nahar;
-Şirkət hesabına korporativ nömrə;
-Təlim və inkişaf imkanları;
-Sağlamlıq sığortası;
-Həyat sığortası (könüllü).


Göstərilən tələblərə cavab verənnamizədlərdən CV-lərini mövzu hissəsinə “Maliyyə Analitiki” yazaraq[email protected]ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
_____________________________________________________________________________________________________________________


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:


FACEBOOK: Edumap.az




İNSTAGRAM: @edumap.az


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az