#
12 İyul 14:04

“Maliyyə bacarıqlarını kəşf et!” adlı yay məktəbi

Mərkəzi Bankın təşkilatçılığı ilə “Maliyyə bacarıqlarını kəşf et!” adlı yay məktəbi təşkil ediləcək.

Yay məktəbi Azərbaycan Respublikası Mərkəzi Bankı, Azərbaycan Banklar Assossiasiyası, AccessBank və Atəşgah sığortanın dəstəyilə 11-13 yaşlı uşaqlar üçün təşkil edilir. Yay məktəbi 16-20 iyul tarixlərində hər gün saat 9:00-dan 18:00-dək davam edəcək.
Yay məktəblərinin əsas məqsədi uşaqların əyləncəli formada maliyyə maarifləndirilməsini təşkil etməkdir. Yay məktəbi ərzində uşaqlar pulun tarixi və onun yaranma səbəbləri, pul nişanları, büdcə anlayışı, şəxsi büdcəsinin hazırlanması, qənaət və israf anlayışları, yığım mədəniyyəti, biznes plan, sığorta və s. mövzularla tanış olurlar. Mövzuların uşaqlara lazımi səviyyədə çatdırılması məqsədilə sessiyalar interaktiv şəkildə aparılır, maarifləndirici oyunlar və əyani vəsaitlərlə dəstəklənir, sual-cavab formatlı müsabiqə və yarışlar həyata keçirilir. Sonda bütün iştirakçılara sertifikat təqdim olunur.
Yay məktəbinə iştirak etmək üçün aşağıdakı linkdən qeydiyyatdan keçin: https://goo.gl/forms/CUmE6jeAq2wOasAO2
Yay məktəbinin keçiriləcəyi ünvan: Azərbaycan Müəllim İnkişafı Mərkəzi, Hüseyn Cavid prospekti 186
Ətraflı məlumat üçün: 012 4931122 (dax.198)

Bəyən və paylaş

Rəylər

rəy(lər)