Maliyyə meneceri vakansiyası

Maliyyə meneceri
“Daşkəsən Dəmir Filiz” Məhdud Məsuliyyətli Cəmiyyəti “AzerGold” QSC tərəfindən 14 dekabr 2020-ci il
tarixində törəmə hüquqi şəxs qismində təsis edilmişdir. Şirkətin yaradılmasında məqsəd Səhmdar
Cəmiyyətin ən irimiqyaslı layihələrindən biri olan Daşkəsən dəmir filizi sahəsinin yenidən istismara verilməsi
ilə ölkə iqtisadiyyatı, o cümlədən regionun inkişafına əlavə sosial-iqtisadi töhfələr verməkdir.
advertisement Vəzifə öhdəlikləri:
• Əmlakın, öhdəliklərin və bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunun aparılmasına
nəzarət etmək;
• Maliyyə-uçot siyasətinin əsas istiqaməti olan likvidliyin qorunmasını təmin etmək;
• Cəmiyyətin büdcəsinin proqnozlarının maliyyə baxımından yerinə yetirilməsini təmin etmək;
advertisement • Maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunun təşkilini təmin etmək;
• Maddi, əmək, maliyyə vəsaitlərinin qənaətli istifadəsi və Cəmiyyətin əmlakının qorunması istiqamətində
tədbirlər görmək;
• Cəmiyyətin maliyyə strategiyasını və onun maliyyə sabitliyinin təməlini hazırlamaq;
• Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin analizi və bu fəaliyyətin maliyyə göstəricilərində təsvirini təmin
advertisement etmək;
• Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti üzrə təhlillər aparmaq;
• Malların və xidmətlərin maya dəyəri və gəlirliliyin planlaşdırılmasını təmin etmək;
• Gəlirlərin müəyyən olunmuş müddətlər çərçivəsində daxil olmasını təmin etmək;
• Müqavilələr əsasında alınan malların və xidmətlərin dəyərinin vaxtında ödənilməsini təmin etmək;
advertisement • Cəmiyyətin ödəmə qabiliyyətinin təmin olunması, gəlirliliyin artırılması, xərclərin azaldılması,həmçinin istifadə
olunmayan maddi sərvətlərin əmələ gəlməsinin qarşısının alınması üzrə rəhbərliyə təkliflər vermək;
• Cəmiyyətin maliyyə vəziyyəti, daxil olan pul vəsaitləri, keçirilən maliyyə əməliyyatları və debitorlar barədə
məlumatları hazırlayıb rəhbərliyə təqdim etmək.
Namizədə tələblər:
advertisement • Ali iqtisadi təhsili;
• Maliyyə sahəsində 8-10 il, menecer kimi ən azı 2-3 il iş təcrübəsi;
• MS Excel üzrə mükəmməl işləmə bacarığı;
• Əla səviyyədə Azərbaycan dili, yaxşı səviyyədə İngilis və Rus dili bilikləri;
• ACCA, CIMA, CPA və ya bunlara ekvivalent olan beynəlxalq sertifikatların olmasıarzuolunandır.
advertisement Digər məlumatlar:
İş yeri: Bakı şəhəri, Mikayıl Müşfiq 2H
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Maliyyə meneceri” qeyd
etməklə və minimum əmək haqqı tələbini göstərməklə [email protected] e-mail ünvanına göndərmələri
xahiş olunur.
advertisement *Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır

__________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:


advertisement
FACEBOOK: Edumap.az




İNSTAGRAM: @edumap.az

advertisement

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az