#
12 İyul 12:37

Maliyyə Mütəxəssisi vakansiyası

Tələblər:
– ACCA F3-dən 60%i keçəcək səviyyədə Maliyyə Mühasibatlığı biliyi;
– Yaxşı Excel biliyi. SUMIFS, VLOOKUP funksiyalarını aktiv istifadə edəcək səviyyədə;
– İngilis dilində Maliyyə, Mühasibatlıq üzrə baza terminləri bilsin. Haradasa F1 yazısını görəndə Formula 1 deyil, ACCA F1 ağlına gəlsin;
– Azərbaycan Respublikası Vergi Qanunvericiliyindən məlumatlı olsun;
– Kassadan çıxan hər qəpiyə öz səyahət büdcəsindən çıxan pul kimi baxsın, ürəyi yansın;
– Vergiləri vaxtında ödəsin. Komandada di̶r̶e̶k̶t̶o̶r̶ ̶d̶a̶x̶i̶l̶ 1 nəfərin vergi ödənişlərini gecikdirməsinə göz yummasın!
– Dollara baxanda devalvasiya deyil, Nyu York, San Fransisko, Çikaqo yadına düşsün;
– Kassanı yarıb, Braziliyaya getməsin;
– Kalendara baxanda gözləri həftəsonunu, bayramları deyil, dedlaynları axtarsın;
– Gülümsəməyi bacarsın. Öyrənməyə ac olsun. Komandasını sevsin. Gətirdiyi naharı 10 komanda yoldaşı ilə bölməyə hazır olsun.

Qazanacaqları:
– Bütün mövzuları səyahət ətrafında dönən komandanın bir hissəsi olmaq;
– Şəhərin mərkəzində rahat iş şəraiti;
– Həm Maliyyə, həm kənar uyğun mövzularda şirkətdaxili təlimlərdə iştirak;
– 1 startapın Maliyyə bazasının necə idarə olunduğunu tam detalları ilə görmək imkanı;
– Pulsuz Viza dəstəyi və digər məhsullara endirimlər.

İş I-V günlər 9-6 qrafiki ilə olacaq. İş həcmindən asılı olaraq bəzən 6-dan sonra və ya Şənbə Günü işləməyə ehtiyac ola bilər. Maaş net 450 AZN-dir. Maraqlı olanlar CV və istək məktublarını “Finance Monster” başlığı ilə [email protected] email ünvanına göndərə bilərlər. Deadline: 30 İyul, 2018.

Bu şirkət Big Foura aparan yol deyil amma bəlkə Big Benə aparar.

Bəyən və paylaş

Rəylər

rəy(lər)