Maliyyə Nəzarətçisi vakansiyası

Maliyyə Nəzarətçisi

Veysəloğlu Şirkətlər Qrupu Maliyyə Nəzarətçisi vakansiyasını elan edir.

Sizə sürətlə böyüyən Şirkətlər Qrupunun dinamik iş mühitində perspektivli iş təklif edirik.

İşin təsviri:
–         Aylıq əsasda Bizneslər tərəfindən təqdim edilən hesabatlar üzrə Müşahidə Şurasına təqdimatların hazırlanması;
–         Xarici Auditorlar ilə koordinasiya şəklində işləməli və onların audit prosesinin effektiv şəkildə idarə edilməsində yardımçı olmalı;
–         Biznesin mühasibatlıq və hesabatlılıq şöbələrinin işləmə prinsipini anlamaq, təqdim edilən maliyyə hesabatları üzərində detallı analiz aparmaq və Maliyyə nəzarətini təmin etmək.
Tələblər:
–         Logo (Tiger), MS Excel biliyi. (SAP biliyi üstünlükdür);
–         Mühasibat uçotu, Maliyyə və Audit sahəsində ali təhsil;
–         Mühasibatlıq və Hesabatvermə sahəsi üzrə minimum 3-4 il iş təcrübəsi;
–         ACCA sertifikatlarına sahib olanlara (F3, F7) üstünlük verilir;
–         Pərakəndə satış, distribusiya və istehsalat sektorunda iş təcrübəsi;
–         Rus və ingilis dili biliyi arzuolunandır.

Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “Maliyyə Nəzarətçisi” yazmaqla öz CV-ni [email protected] ünvanına göndərə bilərlər.

Related Articles