Maliyyə Nəzartçisi vakansiyası

Maliyyə Nəzartçisi vakansiyası

Veysəloğlu Şirkətlər Qrupu Maliyyə Nəzarətçisi vakansiyasını elan edir.

Biz Sizə sürətlə böyüyən Şirkətlər Qrupunda dinamik iş mühitində perspektivli iş təklif edirik.

Işin təsviri:

– Aylıq əsasda Bizneslər tərəfindən təqdim edilən hesabatlar üzrə Müşahidə Şurasına təqdimatların hazırlanması;
– Xarici Auditorlar ilə koordinasiya şəklində işləməli və onların audit prosesinin effektiv şəkildə idarə edilməsində yardımçı olmalı;
– Biznesin mühasibatlıq və hesabatlılıq şöbələrinin işləmə prinsipini anlamaq, təqdim edilən maliyyə hesabatları üzərində detallı analiz aparmaq və Maliyyə nəzarətini təmin etmək.

Tələblər:
– Logo (Tiger), MS Excel biliyi. SAP biliyi üstünlükdür;
– Mühasibat uçotu, Maliyyə və Audit sahəsində Ali təhsil;
– Mühasibatlıq və Hesabatvermə sahəsi üzrə minimum 3-4 il iş təcrübəsi;
– ACCA sertifakatlarına sahib olanlara (F3, F7) üstünlük verilir;
– Pərakəndə satış, distribusiya və istehsalat sektorunda iş təcrübəsi;
– Rus və ingilis dili biliyi arzuolunandı.

Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində Maliyyə Nəzarətçisi yazmaqla öz CV-ni [email protected] ünvanına göndərə bilərlər.

Bir cavab yazın

Back to top button