18 İyun 19:35

“Maliyyə savadlığı” mövzusunda master klass keçiriləcək

Hörmətli tələbələr! “Expressmaarifləndirmə məktəbi” layihəsi çərçivəsində Bankımızın peşəkar kollektivi tərəfindən mütəmadi olaraq Tələbələr üçün faydalı və çox maraqlı Bank mövzuları haqqında ödənişsiz master- klasslar, təlimlər, mühazirələr keçirilir.

Bu dəfə spiker Bankın Maliyyə departamentinin direktor müavini Fuad Məmmədli tərəfindən “Maliyyə savadlığı” mövzusunda master klass keçiriləcək.

28 iyun saat 16:00-dan 18:00–dək Bankın Express İnkişaf Mərkəzində (ünvan Əcəmi Naxçivani 21) keçiriləcək. “ Maliyyə savadlığı ” mövzusunda təlimdə iştirak üçün qeydiyyatdan keçməyə tələsin.

Qeydiyyatdan keçən ilk 30 nəfər iştirak şansı qazanacaq.

Odur ki, gecikmədən CV formasını doldurun və elektron ünvanına göndərin. Bu fürsətdən mütləq faydalanın!

Bəyən və paylaş

Rəylər

rəy(lər)